İslim kababı
Lazım olanlar:
- 3 ədəd uzun badımcan,
- 3 ədəd bibər,
- 1 soğan,
- 300 q dana əti,
- 1 yemək qaşığı pomidor tomatı,
- 2 ədəd pomidor,
- 3 diş sarımsaq,
- Ədviyyatlar,
İslim kababı hazırlanması:
- Badımcanları 20-25 dəqiqə duzlu suda saxlayın.
- Daha sonar yuyaraq kağız dəsmala bükün.
- Uzunsov halda doğrayın.
- Yağda qızardın.
- Çox bişirməyin.
- Ayrı bir qazanda quşbaşı doğranmış ətləri bişirib , yağsız qovurun.
- Ətlər öz suyunu çəkdikdən sonar soğanı və 2 yemək qaşığı duru yağı əlavə edin.
- Bibərlərin 2 dənəsini, pomidorların isə 1 dənəsini sarımsaq, tomat, ədviyyatlar , duz, 1 stəkan su əlavə edərək bişirin.
- Sonar bir kasaya 3 dənə qızardılmış badımcanları üstəgəl şəklində düzün.
- Orta hissəinə hazırladığınız ərzaqlardan qoyaraq badımcanları bükün, üzərinə pomidor və bibər qoyaraq kurdan ilə açılmayacaq şəkildə bərkidin.
- Hazırladığınız badımcanları fırında, ocaqda bişirə bilərsiniz.
- Qazana, yaxud da fırında bişirəcəyiniz xörəyin üzə
- rinə 1 stəkan isti su və 1 yemək qaşığı tomat ilə hazırladığınız sosu töküb bişirin.
Leave a Reply