Yazdırma Seçimləri:

İspanaq çığırtması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Lazım olan ərzaqlar
 1 kq ispanaq
 5 yemək qaşığı duru yağ və ya kərə yağı
 1 ədəd soğan
 4 ədəd yumurta
 zövqə görə duz
 zövqə görə istiot
Hazırlanma qaydası
1

1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın.
İspanağı yaxşıca yuyun və süzün.
İri qazanı suyla doldurun və qaynadın.
İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.
İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün.
Suyunun tamamilə çıxması üçün ispanağı əlinizlə sıxın.
Süzülmüş ispanağı iri-iri doğrayın.
Tavada yağı qızdırın.
Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və təxminən 7 dəqiqə ərzində qızardın.
Üstünə ispanağı əlavə edib, təxminən 5-10 dəqiqə bərabər qızardın.
Zövgə görə duz və istiot vurun.
Yumurtaları bir qaba qırıb qarışdırın.
İspanağın üstünə tökün.
Yumurta hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin.
Tavanın qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta bərkiyənə qədər qarışdırmadan bişirin.
Süfrəyə sarımsaq-qatıqla verin.

Nuş olsun!