Yazdırma Seçimləri:

İspanaqlı sarma

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

ispanaqlı sarma

Lazım olan ərzaqlar
 10 ədəd yuxa
 5 yemək qaşığı isapanaq püresi
 1 stəkan zeytun yağı
 1 stəkan holland pendiri rəndəsi
Sos üçün
 2 yemək qaşığı un
 ½ stəkan zeytun yağı
 2 stəkan süd
Hazırlanma qaydası
1

Yağda un qovrulur.
Yağda qovrulmuş una süd əlavə edilib bişirilir.
Qatılaşana qədər qaynadılır.
Bişən sosun içərisinə ispanaq püresi və holland pendiri rəndəsi əlavə edilir və qarışdırılır.
Yuxa masanın üzərinə sərilir.
Yuxanın üzü yağlanır.
Sonra iki hissəyə qatlanır.
Hazırlanan sosdan iki qatlanmış yuxanın bir kənarına biraz qoyulur və yuxa sarılır.
Bütün yuxalar bu qayda ilə hazırlanır.
İspanaqlı sarma hamısı soba sinisinə səliqə ilə düzülür.
Üzərlərinə yaq sürtülür.
Soba əvvəlcədən 200 dərəcəyə isidilir.
Üzərinə yağ sürtülən ispanaqlı sarma sinisi sobaya yerləşdirilir.
Burada sarmaların üzəri qızarana qədər bişirilir.

Nuş olsun!