Yazdırma Seçimləri:

Ispanaqlı xəngəl

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt15 dəq

İspanaqlı xəngəl

Lazım olan ərzaqlar
 500 q un
 1 ədəd yumurta
 2 stəkan su
 1 çimdik duz
İçlik üçün
 1 ədəd soğan
 500 q ispanaq
 1 dəstə doğranmış yaşıl soğan
 1 çimdik duz
Sos üçün
 23 ədəd pomidor
 2 yemək qaşığı zeytun yağı
Servis üçün
 qatıq
Hazırlanma qaydası
1

Əvvəlcə doğranmış soğanı duzla ovun.
Daha sonra doğranmış ispanaq və təzə soğanla qarışdırın.
Xəmir üçün un, yumurta, su və duzu yoğurub , yumşaq bir xəmir əldə edin.
Limon böyüklüyündə kündələr ayırıb , yuvarlaq şəkildə açın.
İçlərinə bir çay qaşığı içlik qoyup, yarım ay şəklində qapadın.
Qaynar suda 5 dəqiqəyə yaxın bişirin.
Sos üçün rəndələnmiş pomidor və zeytun yağını 10 dəqiqə bişirib soyumağa qoyun.
Xəngəlin üzərinə qatıq və pomidor sosu gəzdirib servis edin.

Nuş olsun!