Yazdırma Seçimləri:

İsveç Üsulu Badamlı Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 30 dəq

İsveç üsulu badamlı keks çox rahat hazırlanan bir şirniyyat növüdür. Bu keksin yanında isti bir qəhvənin olması da lap yerinə düşər.

İsveç üsulu badamlı keks

Lazım Olan Ərzaqlar
 450 q qovrulmamış badam
 450 q şəkər pudrası
 1 paket qabartma tozu
 1 paket vanilin
 7 ədəd yumurtanın ağı (otaq temperaturunda),
Üzəri Üçün
 150 q qovrulmuş badam
Kremi Üçün
 6 ədəd yumurta sarısı
 160 ml qaymaq
 135 q toz şəkər
 1 paket vanilin
 150 q kərə yağı (otaq temperaturunda),
İsveç Üsulu Badamlı Keks Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz badamı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz şəkər pudrası
✅ Lazım olacaq vanilini kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qabartma tozunu kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtalatı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq kərə yağını bir kasaya yığın.
✅ Lazım olacaq qaymağı bir kasaya alın.

İsveç Üsulu Badamlı Keks Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz badamı qovurub təmizləyin.
✅ 450 q badamı mətbəx robotunda çəkin.
✅ İstifadə edəcəyiniz yumurtaların ağını və sarısını ayırıb ayrıca kasalara yığın.
✅ Kərə yağının otaq temperaturunda olması vacibdir.
✅ Çalışın yumurtalar da otaq temperaturunda olsun.

İsveç Üsulu Badamlı Keksin Hazırlanması
3

✅ Ayrı geniş bir qabda pudra şəkəri, qabartma tozu, vanilini qarışdırın.
✅ Blenderdən keçirtmiş olduğunuz badamı əlavə edib qarışdırın.
✅ Quru bir qabda yumurta ağını sərt bir köpük halına gəlincəyə qədər çırpın.
✅ Badamlı qarışığı yumurta ağına yavaşça əlavə edərək bir spatula yardımı ilə yavaşca qarışdırın.
✅ Tək qat hazırlayacağınız qarışığı bir dəfədə yağlı kağız sərilmiş bir soba listinə tökün.
✅ Əğər iki qatlı hazırlayacaqsınız qarışımı ikiyə bölün və iki dəfəyə bişirin.
✅ Bişdikdən sonra soyumağa qoyun və listi yavaşca tərs çevirərək çıxardın.
✅ Keks kövrək olduğu üçün tez qırıla bilər diqqətli olun.

İsveç Üsulu Badamlı Keksin Bişirilməsi
4

✅ Sobanı əvvəllcədən 175 dərəcə qızdırın.
✅ Keksi bişirəcəyiniz qəlibə yağlı kağız sərin.

İsveç Üsulu Badamlı Keksin Kreminin Hazırlanması
5

✅ Kremi üçün yumurta sarıları, qaymaq, toz şəkər və vanilini bir sos qazanına alın və davamlı qarışdıraraq orta atəşdə bişirin.
✅ Sonra ocaqdan alın və soyumasını gözləyin.
✅ Yumuşalmış kərə yağını əlavə edib yaxşıca çırpın.
✅ Soyuduqdan sonra keksinizin üzərinə və içinə bu qarışımdan sürün.

İsveç Üsulu Badamlı Keksin Servis Edilməsi
6

✅ Üzərinə bıçaq ilə doğradığınız bir ovuç badamı səpin və bir neçə saat və ya gecə boyunca soyuducuda saxladıqdan sonra servis edin.
✅ Servis edərkən üzərini əridilmiş şokolat ilə örtə bilərsiniz.

Nuş Olsun!