İsveç üsulu badamlı keks çox rahat hazırlanan bir şirniyyat növüdür. Bu keksin yanında isti bir qəhvənin olması da lap yerinə düşər.
✅ İstifadə edəcəyiniz badamı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz şəkər pudrası
✅ Lazım olacaq vanilini kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qabartma tozunu kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtalatı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq kərə yağını bir kasaya yığın.
✅ Lazım olacaq qaymağı bir kasaya alın.
✅ İstifadə edəcəyiniz badamı qovurub təmizləyin.
✅ 450 q badamı mətbəx robotunda çəkin.
✅ İstifadə edəcəyiniz yumurtaların ağını və sarısını ayırıb ayrıca kasalara yığın.
✅ Kərə yağının otaq temperaturunda olması vacibdir.
✅ Çalışın yumurtalar da otaq temperaturunda olsun.
✅ Ayrı geniş bir qabda pudra şəkəri, qabartma tozu, vanilini qarışdırın.
✅ Blenderdən keçirtmiş olduğunuz badamı əlavə edib qarışdırın.
✅ Quru bir qabda yumurta ağını sərt bir köpük halına gəlincəyə qədər çırpın.
✅ Badamlı qarışığı yumurta ağına yavaşça əlavə edərək bir spatula yardımı ilə yavaşca qarışdırın.
✅ Tək qat hazırlayacağınız qarışığı bir dəfədə yağlı kağız sərilmiş bir soba listinə tökün.
✅ Əğər iki qatlı hazırlayacaqsınız qarışımı ikiyə bölün və iki dəfəyə bişirin.
✅ Bişdikdən sonra soyumağa qoyun və listi yavaşca tərs çevirərək çıxardın.
✅ Keks kövrək olduğu üçün tez qırıla bilər diqqətli olun.
✅ Sobanı əvvəllcədən 175 dərəcə qızdırın.
✅ Keksi bişirəcəyiniz qəlibə yağlı kağız sərin.
✅ Kremi üçün yumurta sarıları, qaymaq, toz şəkər və vanilini bir sos qazanına alın və davamlı qarışdıraraq orta atəşdə bişirin.
✅ Sonra ocaqdan alın və soyumasını gözləyin.
✅ Yumuşalmış kərə yağını əlavə edib yaxşıca çırpın.
✅ Soyuduqdan sonra keksinizin üzərinə və içinə bu qarışımdan sürün.
✅ Üzərinə bıçaq ilə doğradığınız bir ovuç badamı səpin və bir neçə saat və ya gecə boyunca soyuducuda saxladıqdan sonra servis edin.
✅ Servis edərkən üzərini əridilmiş şokolat ilə örtə bilərsiniz.