Yazdırma Seçimləri:

İtaliya Mətbəxindən Napoletana Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Neapolitan pizza (napoliten pizza). İtaliyada bu qədimi yemək mədəniyyətini qorumaq üçün "avpn - the true neapolitan pizza association" adında bir dərnək fəaliyyət göstərmkdədir. Bu dərnəyin təyin elədiyi bəzi standartlar var. Bu standartlara uyğun fəaliyyət göstərən hər bir müəssisənin avpn sənədi üçün müraciət etmək hüququ vardır. Ona görə də "həqiqi" napolitan pizzası bişirdiyini iddia edən bütün restoranlar, bu sənədə sahib olmalıdırlar.

İtaliya mətbəxindən Neapolitan pizza

İtaliya Mətbəxindən Napoletana Pizza Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 1,80 kq un
 1 l ilıq su
 3 q quru maya
 1 q şəkər tozu
 60 q duz
İtaliya Mətbəxindən Napoletana Pizzanın Üzəri Üçün( Hər Pay Üçün)
 100 q soyulmuş pomidor
 1 yemək qaşığı kəklikotu
 1 diş sarımsaq
 1 yemək qaşığı zeytun yağı
 100 q mozarella pendiri
Napoletan Pizzanın Ərzaqlarının Yığılması Qaydası
1

✅ İstifadə edəcəyiniz duzu bir kasaya yığın.
✅ Lazım olan suyu bir bankaya süzün.
✅ Pizza üçün istifadə edəcəyiniz mayanı kiçik kasaya yığın.
✅ Pizza xəmiri üçün istifadə edəcəyiniz unu bir qarışdırma qabına alın.
✅ Pizzanın üzəri üçün lazım olan pomidorları bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz sarımsaqları soyub bir kasaya yığın.
✅ Lazım olacaq qədər kəklikotunu bir kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir kasaya süzün.

Napoletan Pizzanın Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Duzu suda əridin.
✅ Unu yoğurma qabına ələyin.
✅ Mozarella pendirini rəndələyin.
✅ Mayanı una qatın.
✅ Pomidorları azca əzin.
✅ Sarımsaqları doğrayın.

Napoletan Pizzanın Xəmirin Hazırlanması Qaydası
3

✅ Duzu suda əridin, ardından mayaynı suya əlavə edin.
✅ Duz əritdiyiniz suya bir az un əlavə edib qarışdırın.
✅ Qalan unu da hissə-hissə əlavə edərək xəmir yoğurun.
✅ Ən az 15-20 dəqiqə, ancaq ideal olaraq 30 dəqiqə yoğurun.
✅ Xəmir ələ bir az yapışqan olduqda idel bir yoğrulmuş xəmirdir.
✅ Yoğurduğunuz xəmiri topalayaraq bir kündə halına salın.
✅ Yoğurma qabının hər tərəfinə un səpin ki, xəmir yapışmasın.
✅ Xəmirin üzərini örtərək çox da isti olmayan bir yerdə mayalanmağa qoyun.
✅ Xəmiri 120 Dəqiqəotaq temperaturunda mayalandırın.
✅ Xəmir mayalandıqdan sonra pizzanızın ölçüsünə yuğun olaraq kündələr ayırın.
✅ Xəmirin kündəsi düşməsi üçün üzərini bezlə prtüb gpzləyin.
✅ Kündəsi düşən xəmiri bir dəzgahın üzərinə alın.
✅ Dəzgahın üzərini əvvəlcədən unlayın.
✅ Mərkəzdən başlayaraq kənarlara doğru açın.

Napoletan Pizzanın Üzərinin Hazırlanması Qaydası
4

İtaliya mətbəxindən Neapolitan pizza

✅ Soba sinisinə qoyduğunuz pizza xəmirinin üzərinə əvvəlcədən hazırladığınız konserv pomidor əzməsini yayın.
✅ Ardından Mozarella pendirini yayın.
✅ Üzərinə kəklikotunu , sarımsağı səpin.

Napoletan Pizzanın Bişirilmə Qaydası
5

✅ Əvvəlcədən sobanı 250 dərəcə qızdırın.
✅ Bişirmək üçün soba listini normal halı ilə deyil,tərs tərəfini istifadə etsəniz daha kövrək bir xəmir əldə etmiş olacaqsınız.
✅ Soba listini tərs çevirib xəmiri üzərinə qoyun və 10 Dəqiqə bişirin.
✅ Pizzanı sobadan aldıqdan sonra təzə fəsləyən ilə üzərini süsləyə bilərsiniz.

Napoletan Pizzanın Servis Edilmə Qaydası
6

✅ Pizzanı isti-isti servis etmək lazımdır.
✅ Əslində pizza Napoletana 22 ilə 35 cm ölçüsündə olur və normal ölçülü tabaqlarda servis edilir.
✅ Əvvəlcədən kəsilməz, bıçaq və çəngəldən istifadə edilərək yeyilər.

Nuş Olsun!