Yazdırma Seçimləri:

İtalyan Üsulu Sandviç

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

🥪 İtalyan Üsulu Sandviç üçün Lazım Olan Ərzaqlar
 Ət
 1 ədəd Yumurta
 1 ədəd Mozarella pendiri
 1 ədəd Tost Çörəyi
 3 ədəd Balaca pomidor
 1 dəstə İspanaq
 1 dəstə Yaşıl soğan
 Kərə yağı
 Duz
 İstiot
🥪Hazırlanma Qaydası
1

✅ Ət nazik formada kəsilir.
✅ Kərə yağı tavaya əlavə olunur və əriməsi gözlənilir.
✅ Yağ əridikdən sonra ət tavaya əlavə olunur.
✅ Hər iki üzünə duz və istiot əlavə olunur.
✅ Ayrı bir qazanda su qaynadılır.
✅ Qaynayan suyun içərisinə ehtiyatla yumurta qırılır.
✅ Bişən yumurta suyun içərisindən çıxarılır və bir salfet üzərində artıq suyunun çəkməyi üçün gözlədilir.
✅ Çörək dilimlənir.
✅ Dilimlənmiş çörəyin tavada hər iki üzü qızdırılır.
✅ Mozarella pendiri dilimlənir və əvvəlcədən isidilmiş tavaya əlavə olunur.
✅ Mozarella pendiri əriyənə qədər gözlənir.
✅ Başqa bir tavaya duru yağ əlavə olunur.
✅ Yağ qızdıqdan sonra pomidorlar və ispanaq əlavə olunur vam xodda bişirilir.
✅ Ayrıca bir qaba çörək dilimi qoyulur.
✅ Bişmiş ət çörəyin üzərinə qoyulur.
✅ Ərimiş mozarella pendiri və yumurta ətin üzərinə qoyulur.
✅ Yumurtanın üzərinə qara istiot səpilir.
✅ Pomidor və ispanağ tostun yanına yığılır.

Nuş Olsun!