https://youtu.be/JmFtvEElkH8

 

22 iyul Milli Mətbuat Günü münasibəti ilə 1001dad.com studiyasında 360 marcom şirkətinin təşkilatçılığı ilə Jurnalistlərlə MasterClass baş tutub.

22 iyul Milli Mətbuat günü üçün, WWW.1001dad.com web saytının təşkilatçılığı və “360 Marcom” marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün master-klass təşkil edib.

Master-klassda əvvəl Şef Tariel Quliyev media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və jurnalistlərə iki növ desert hazırlayacağını bildirib.

Şef Tariel iştirakçılara desertləri seçmək hüququ verərək, sağlam qidalanmanın insan orqanizminə faydasından bəhs edib və eyni zamanda da bele qidaların çox dadlı olduğunu göstərib.

Jurnalistlər Şefin düzgün qidalanma sistemi və bu zamanı orqanizmdə baş verən proseslər haqqında verdiyi faydalı məlumatları maraqla dinləyib. Sonra şef ona ünvanlanan sualları cavablandıraraq, keçdiyi təcrübədən, əldə etdiyi nəticələrdən danışaraq təəssüratlarını bölüşüb.