Yazan1001 dadKateqoriyaÇətinlikNormal
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti45 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 40 dəq
Lazım olan ərzaqlar
Kələm dolmasının hazırlanma qaydası
1

Kələm dolması hazırlamaq üçün əvvəlcə qiyməni hazırlayın.
Qiymə hazırlanarkən ətçəkən maşından soğanı da keçirin və yaxud da soğanı çox kiçik - kiçik halda doğrayın.
Qiyməni hazırlamazdan əvvəl noxud ləpəsini soyuq suda isladın.
Noxud ləpəsinin əvvəlcədən isladılmasının səbəbi yumşalması üçündür.
Şabalıdları təmizləyin və kiçik - kiçik ölçüdə doğrayın.
Daha sonra soğanlı hazır qiyməyə düyü, əvvəlcədən isladılmış noxud ləpəsi, kiçik ölçüdə doğrnamış şabalıd, doğranmış pomidor, kiçik- kiçik doğranmış göyərti, lazımi qədər istiot və duz əlavə edin.
Bütün bu qarışıqları və qiyməni yaxşıca qarışdırın.
Dolmanın içi hazır olduqdan sonra kələmin hazırlanmasına başlayın.
Suyu geniş bir qazanda qaynadın.
Bu qaynar suda kələmi pörtlədin.
Pörtlədilmiş kələmin yarpaqlarıni bir -birindən ayırın.
Kələmin qalın zoğları varsa, onları kəsin.
Hər dolma üçün bir ədəd kələm yarpağı götürülür.
Hazırlanan qiyməni kiçik parçalar halında pörtlədilmiş kələm yarpaqlarının içərisinə qoyub bükün.
Bükülmüş dolmaları səliqə ilə qazana düzün.
Bəzən alt hissədə olan dolmaların yanmaması üçün qazanın dibinə pörtlədilmiş kələm yarpaqları da düzürlər.
Dolmaları büküb qazana yığdıqdan sonra üzərinə yavaş - yavaş qaynar su və ya ət bulyonu tökün.
Ağırlıq üçün Kələm dolmasının üzərinə kiçik bir tabağı tərs çevrirərək qoyun.
Dolmanı vam odda bişirin.
Dolma süfrəyə verilərkən üzərinə bişirildiyi sos və bir az da darçın tozu səpilir.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Kələm dolması