Yazdırma Seçimləri:

Kəsmikli peçenye

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Kəsmikli peçenye

Lazım olan ərzaqlar
 2 stəkan un
 250 q yağ
 200 q kəsmik
 vanilin
 şəkər tozu
 1 paket qabartma tozu
Hazırlanma qaydası
1

Peçenyeni hazırlamaq üçün 200 qram kəsmik, 2 stəkan un, 250 qram yağ, vanil, qabartma tozu bir birinə yaxşıca qarışdırılır.
Ancaq bu qarışığa şəkər tozu qarışdırılmır.
Şəkər tozu qalır.
Bundan sonra peçenyenin xəmiri yoğrulur.
Peçenye xəmiri yoğrulub hazır olduqdan sonra bir az gözləmək lazımdır.
Təqribən peçenye xəmiri 20 dəqiqə dincəlir.
Bundan sonra 20 dəqiqə gözləyən xəmir iki hissəyə ayrılır.
Ayrılan xəmirin hər hissəsindən 3 millimetr qalınlığında yuxa yayılır.
Yuxa hazır olduqdan sonra, bunları yumru formada kəsmək lazımdır.
Bunun üçün də stəkandan istifadə etmək olar.
Bu zaman daha səliqəli kəsmək mümkündür.
Açılan xəmirlər stəkan vasitəsi ilə dairəvi formada kəsilir.
Doğranan yumru xəmir parçaları götürülür və hər biri ayrı - ayrılıqda şəkər tozuna bulanır.
Ondan sonra şəkərə bulanmış yumru xəmirlər 4 hissəyə qatlanır. 4 hissəyə qatlanılan peçenye xəmirləri soba listinə səliqə ilə düzülür.
Soba əvvəlcədən 220 dərəcəyə isidilir.
Bundan sonra siniyə düzülmüş peçenyelər sobaya yerləşdirilir.
Peçenyələrin üzəri qızarana qədər sobada bişirilir.

Nuş olsun!