Yazdırma Seçimləri:

Kətə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

Kətə

Lazım olan ərzaqlar
 2 stəkan süd
 1 stəkan su
 1 paket maya
 1 yemək qaşığı duz
 1 çimdik şəkər
 aldığı qədər un
 250 q kərə yağı( yuxaları yağlamaq üçün)
 2 ədəd yumurta sarısı
Hazırlanma qaydası
1

İlıq süddə mayanı əridin.
Su, duz, şəkər və aldığı qədər un əlavə edərək yumşaq bir xəmir yoğurun.
On dəqiqə yoğurun.
Üstünü nəmli bir bezlə örtüb mayalanması üçün isti bir yerdə iyirmi dəqiqə gözlədin.
Xəmiri nazik parçalara bölərək yuvarlayın.
Bu xəmirdən 9 yuxa çıxır.
Yuxalar unlanaraq tək- tək açılır.
Kərə yağ əridilib duru yağa qarışdırılıb qaynadılır.
Açılan yuxaları böyük bir sinidə, yaxud da dəzgahda yağlayın.
Kənarlarından bir az dartaraq böyüdün.
Yuxaları əl genişliyində uzunsov lent şəklində doğrayın.
İlk parçadan başlayaraq əl genişliyində qatlayın.
Qatlanan parçanın yağ axan tərəfı içəri düşməklə bütün parçaları bu şekilde bir-birinin üzərinə qatlayaraq bir yuxanı bitirin.
Soba sinisini azca yağlayın.
Kətələri əllə basdıraraq yayın.
Yumurta sarılarını çırpıb üstünə sürtün.
Əvvəlcədən qızdırılmış sobada bişirin.

Nuş olsun!