Yazdırma Seçimləri:

Kabak dolması

Verimlilik3 PorsiyonHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 5 ədəd kabak (kabaçki)
 2 ədəd soğan
 500 q qiymə
 100 q düyü
 2 yemək qaşığı tomat
 2 yemək qaşığı marqarin
 ½ dəstə şüyüd
 quru nanə
 1 stəkan tomatlı su
 duz
 istiot
Hazırlanma qaydası
1

2 ədəd baş soğanı soyun və doğrayın.
Kabakları (kabaçki) ortadan 2 hissəyə bölün və qabığını bıçaq vasitəsi ilə soyun.
Dolmanın içliyini hazırlayın.
Bunun üçün qiyməyə soğan, düyü, nanə, tomat, istiot, duz əlavə edin və yoğurun.
Qabıqlarını soyub ortadan iki yerə kəsdiyiniz kabakların içərisini bir qaşıq vasitəsi ilə oyub çıxardın.
İçərisinə qiyməli içliyi doldurun.
İçərisinə qiyməli içlik doldurduğunuz kabakları bir qazana səliqə ilə düzün.
Sonra qazanda dolmaların üzərinə marqarin və şüyüd əlavə edin.
Bundan sonra ən üstdən də tomatlı suyu əlavə edin.
Vam odda bişirin.
Yeməyi süfrəyə verərkən yanında qatıq olması məsləhətdir.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 3