Yazdırma Seçimləri:

Kabaklı Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Pizzanı çox sevirəm amma xəmiri olduğu üçün bişirmək istəmirəm deyənlərin ürəyincə ola biləcək bir resepti sizlərə təqdim edirik. Bu reseptimizdə xəmir yerinə kabakdan istifadə edilmişdir. Bu pizza həm sağlıqlı , həm də bəsləyicidir. Uşaqlar da bu pizzanı çox sevəcək və təkrar istəyəcəkləri bir pizzadır.

Kabaklı Pizza Üçün Lazım Olan Ərzaqlar
 100 q Tilsiter pendiri
 750 q kabak
 3 yemək qaşığı un
 140 q mannı yarması
 1 ədəd yumurta
 3 yemək qaşığı mayonez
 1 yemək qaşığı tomat pastası
 200 q kolbasa
 bibər
 pomidor
Kabaklı Pizza Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kabakları yuyub təmizləyin.
✅ Lazım olacaq holland pendirini bir kasaya alın.
✅ İstifadə edəcəyinz duz və istiotu ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz unu və mannı yarmasını ayrı-ayrı kasalara yığın.
✅ Mayonez və tomatı da ayrıca kasalara yığın.
✅ Bibərləri yuyub toxumlarını təmizləyin.
✅ Pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın.

Kabaklı Pizza Üçün Ərzaqların Hazırlanma Qaydası
2

✅İlk öncə kabakları rəndələyin.
✅ Tilsiter pendirini də rəndələyin.
✅Bir kasada tomat və mayonezi qarışdırın.
✅ Kolbasanı da dilimləyib kasaya yığın.
✅ Bibər və pomidoru da kiçik -kiçik doğrayın.
✅Bundan sonra isə rəndələdiyiniz pendiri də üzərinə yayın.

Kabaklı Pizzanın Hazırlanması
3

✅ Rəndələdiyiniz kabakları bir qaba alaraq üzərinə duz və istiot da vuraraq qarışdırın.
✅Sonra isə üzərinə yumurtanı manna yarmasını və unu da əlavə edərək qarışdırın.
✅ Qarışdırdığınız kabağı istiyə davamlı bir şüşə qaba yayın.
✅ Qarışdırdığınız tomat və mayonez qarışımını kabakların üzərinə yayın.
✅ Dilimlədiyiniz kolbasaları kabakların üzərinə düzün.
✅ Bibər və pomidoru da kabakların üzərinə əlavə edin.

Kabaklı Pizza Bişirilmə Qaydası
4

✅ Sobanı əvvəlcədən qızdırın.
✅ Pizzanı qızdırdığınız sobada bişməyə qoyun.
✅Pendir əridikdən sonra pizzanı sobadan çıxardın.

Kabaklı Pizzanın Servis Edilmə Qaydası
5

✅“Kabaklı pizza” bişdikdən sonra sobadan çıxardaraq dilimləyin və isti-isti servis edin.

Nuş Olsun!