Yazdırma Seçimləri:

Kakaolu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 15 dəq

Bir dilim kakao tortu gözləri doyurur, iştahanı açır, qəhvə ilə yaxşı gedir, qonaqları məmnun edir, uşaqları sevindirir, ana sevincini artırır. Hazırlanması çox asan bir tortdur kakaolu keks.
Bu yumşaq və asan kakao tortu indiyə qədər hazırladığınız ən yaxşı kakaolu tort resepti olacaqdır.

Kakaolu Keks Üçün Lazım Olan Ərzaqlar
 1 paket krem şanti
 3 ədəd yumurta
 1,50 stəkan şəkər tozu
 1 stəkan süd
 2,50 stəkan un
 0,50 stəkan duru yağ
 0,50 stəkan kakao
 1 paket vanilin
 1 paket qabartma tozu
 pudra şəkəri
 moruq(üzərinə)
Kakaolu Keks Üçün Ərzaqların Yığılması
1

♦️ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
♦️İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.
♦️ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
♦️ İstifadə edəcəyiniz duru yağı bir stəkana süzün.
♦️ İstifadə edəcəyiniz Kenton qabartma tozunu bir kasaya yığın.
♦️İstifadə edəcəyiniz unu, Kenton vanilini və qabartma tozunu ayrı-ayrı kasalara yığın.
♦️ Lazım olacaq krem şantini kasaya yığın.
♦️ Üzərinə vurmaq üçün lazım olan moruğu bir kasaya yığın.

Kakaolu Keks Üçün Ərzaqların Hazırlanması
2

♦️ Yumurtaları bir kasaya sındırın.
♦️ İstifadə edəcəyiniz unu qarışdırma qabına ələyin.
♦️ Lazım olacaq krem şantini və südü bir kasada qarışdırın.
♦️ Ərzaqların otaq temperaturunda olmasına çalışın.

Kakaolu Keksin Hazırlanması
3

♦️Yumurtaları və şəkər tozunu mikserdə ağarana kimi çırpın.
♦️Üzərinə süd, duru yağ, Kenton vanil və Kenton kakao əlavə edib qarışdırmağa davam edin.
♦️Daha sonra un əlavə edin.
♦️Yaxşıca qarışdırdıqdan sonra Kenton qabartma tozu əlavə edib qarışdırın.
♦️Hazır olan keks xəmirini yağlanmış keks qəlibinə yığın.

Kakaolu Keksin Bişirilməsi
4

♦️ Sobanı əvvəlcədən 170 dərəcə isidin.
♦️ 170 dərəcəyə yaxın qızdırılmış sobada təqribən 30-35 dəqiqə bişirin.

Krem Şanti Hazırlanması
5

♦️Bir paket krem şanti 200 ml (1 stəkan) soyuq südə və ya 150 ml soyuq suya əlavə edib köpüklənənə kimi
mikser vasitəsi ilə çırpın.
♦️Soyduqdan sonra tort qabını tərsinə çevrirərək qəlibdən çıxardın.
♦️Üzərinə hazırladığınız Kenton krem şantini əlavə edin.
♦️Sonra üzərini çəyirdəksiz giləmeyvələr ilə bəzəyin.
♦️Pudra şəkəri vurun.

Kakaolu Keksin Servis Edilməsi
6

Kakaolu keksi soyuduqdan sonra qəhvə və yaxud da çayla servis edə bilərsiniz.

Nuş Olsun!