Yazdırma Seçimləri:

Kakaolu keks

Verimlilik7 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı1 saat 15 dəqÜmumi Vaxt2 saat 15 dəq

Lazım olan ərzaqlar
 4 ədəd yumurta
 325 q otaq temperaturunda olan kərə yağı
 100 q kakao
 2 yemək qaşığı qəlibə səpmək üçün kakao
 240 q qaynar su
 250 q təzə qatıq(suyunu 1gün əvvəlcədən süzün)
 450 q şəkər tozu
 425 q un
 1 çimdik duz
 1 paket qabartma tozu
 1 çimdik soda
 1 çay qayığı vanilin
 1 stəkan şokolad
Üzəri üçün
 200 q qatılaşdırılmış süd
 125 q şokolad
 125 q bitter şokolad
 1 çimdik duz
Keksin hazırlanma qaydası
1

Sobanı 160 dərəcəyə yaxın qızdırın.
Böyük ölçülü , ortası deşik bir yuvarlaq keks qəlibini yaxşıca yağlayın.
2 şorba qaşığı kakao ilə hər tərəfini qapayın və artığını silkələyin.
Orta boy bir kasaya 100 qram kakao və qaynar su qoyun, çırpma teli ilə möhkəm çırpın.
10 dəqiqə gözlədin.
İçinə bir gün əvvəlcədən süzülmüş qatığı əlavə edin. (Süzmə qatıq tərcih etməyin, dadını azaldacaqdır, süzülmüş təzə qatıq istifadə etməyiniz önəmlidir).
Təkrar normal bir qarışıq əldə edincəyə qədər qarışdırın.
Böyük bir kasaya un, qabartma tozu, duz və soda qoyun, çırpma teli ilə qarışdırın.
Başqa bir kasada kərə yağı və şəkəri köpük -köpük olana dək çırpın, vanilin qoyun, yumurtaları tək -tək əlavə edin.
Unlu qarışıq ilə kakaolu qarışığı, şokoladı yumurtalı qarışığa əlavə edib hazırladığınız keks qəlibinə tökün.
1 saat 15 dəqiqə bişirin, fərqli sobalarda zamanlar fərqli ola bilər.
O üzdən ən yaxşı metod kürdan testi etməkdir.
Sobadan çıxartdığınız keksi 15 dəqiqə qədər ızgara üzərində gözlədib sonra qəlibdən çıxardın.
Tamamən soyuduqdan sonra sos ilə hər tərəfini örtün.
Üzərini arzu edilən şəkildə süsləyin.

Kremasının hazırlanması
2

Südü qaynadın.
Altını qapadın.
Şokoladları kiçik parçalara ayırın və qaynar süd kremasının içinə ataraq əridin.
Sonra duz əlavə edin və 15 dəqiqə gözlətdikdən sonra keksin üzərini örtmək üçün axıdın.
Kremayla örtülən keksi soyuducuda 1 saat və ya otaq temperaturunda 3 saat saxlayıb servis edin.

Qida Dəyərləri

Porsiya 0