Yazdırma Seçimləri:

Kartof içərisində yumurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Kartof içərisində yumurta

Lazım olan ərzaqlar
 2 ədəd iri kartof
 1 yemək qaşığı kərə yağı
 2 ədəd yumurta
 basdırma
 sucuq
 100 q rəndələnmiş holland pendiri
 1 yemək qaşığı doğranmış cəfəri
 duz
 İstiot
Hazırlanma qaydası
1

2 ədəd iri ölçülü sağlam kartof əvvəlcədən suda bişirilir.
Bişirildikdən sonra kartofların eninə üst hissəsindən bıçaq vasitəsi ilə kəsilir.
Qaşıq vasitəsi ilə üzəri kəsilən kartofun içərisi oyulur.
Divarlarının qalınlığı zövqə görə müəyyən edilir.
Bişmiş kartofun içərisi nə qədər çox çıxardılarsa, içlik üçün bir o qədər çox yer açılmış olar.
Kartofun içərisini oyub "qab" hazırladıqdan sonra eyni şəkildə ikinci kartofu da hazırlayırıq.
Hər kartof "qab"ının içərisinə 0,5 yemək qaşığı kərə yağı qoyuruq.
Bundan sonra hər kartof "qab "ının içərisinə bir ədəd yumurta qırırıq.
Yumurtanı qoyarkən ehtiyatlı olmaq lazımdır ki, dağılmasın və yumurtanın ağı ilə sarısı bir-birinə qarışmasın.
Yumurtalar əlavə edildikdən sonra kartofun içərisinə yumurtaların üzərinə şərid halında dilimlənmiş sucuk, rəndələnmiş holland pendiri əlavə edilir.
Bundan sonra isə ən üstə doğranmış cəfəri səpilir.
Sonra kartof içərisində yumurta yeməyinə duz və üyüdülmüş istiot əlavə edilir.
Artıq kartof içərisində yumurta yeməyini bişirmək olar.
Bunun üçün sobanı 170 dərəcəyə isidirik.
İçərisinə içlik ərzaqlarını yerləşdirdiyimiz kartofları burada təqribən 20-25 dəqiqə bişirin.
Və ya yumurtanın ağı bişib rəngi ağarana qədər, zövqünüzə uyğun miqdarda bişirin.
Yeməyi isti olaraq servis edin.

Nuş olsun!