Yazdırma Seçimləri:

Kartoflu Blinçik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti6 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt26 dəq

Blincik Fransanın Bretoniya bölgəsindən bütün dünyaya yayılan və tavada bişən duru bir xəmirdir. Dünyanın hər yerində blincik hazırlanaraq yeyilsədə tarixə nəzər salanda əsil vətəninin Fransa olduğunu görürük. Bu yemək hər bir ölkədə fərqli adlarla tanınır.
Rusiyada ''blini'' adlandırırlar. Blini xəmirinin iki növü vardlr-mayalı və mayasız.
Hindistanda ''dosa'' adında blincik xəmiri vardır. Dosa görüntü olaraq blincik ilə birəbir olsa da, tərkibi fermente mərcimək və düyüdən olur. Ümumiyyətlə duzlu olaraq tükədilir. Almaniyada ''poffertjes'' adı ilə mayalı kiçik blinciklər hazırlanır. Pudra şəkəri ilə tükədilir. Türkiyədə ''krep, axıtma, cızlama'' adı ilə tanınır.

Kartoflu blinçik

Kartoflu Blincik Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd kartof
 300 ml süd
 6 ədəd yumurta
 3 diş sarımsaq
 1 yemək qaşığı şəkər tozu
 3 yemək qaşığı duru yağ
 istiot
 duz
 arzuya görə cəfəri və ya şüyüd
 1 stəkan süd
 ½ stəkan su
 1 yemək qaşığı zeytun yağı
 6 yemək qaşığı un
Kartoflu Blincik Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz kartofu yuyub təmizləyib kasaya yığın.
✅İstifadə edəcəyiniz südü bir şüşə qaba süzün.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz sarımsağın qabığını soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz şəkər tozu, duz, istiotu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz unu bir kasaya ələyin.
✅İstifadə edəcəyiniz zeytun yağını stəkana süzün.
✅ İstifadə edəcəyiniz cəfəri və ya şüyüd ayırtlayıb yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz duru yağı kasaya tökün.
✅İstifadə edəcəyiniz suyu stəkana süzün,

Kartoflu Blincik Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Kartofların qabıqlarını soyaraq duzlu suda yumşalana qədər bişirin.
✅ Kartofları bişirərkən sudan yetərincə istifadə edin.
✅ Kartofların suyu çox deyilsə süzməyə ehtiyac yoxdur .
✅ Kartofları suyu ilə birlikdə əzə bilərsiniz.
✅ Sarımsaqları çox incə doğrayın.
✅ Cəfəri və şüyüdü də incə doğrayın.

Kartoflu Blincik Üçün İçliyin Hazırlanması
3

✅ Bişirdiyiniz kartofları əzərək püre halına gətirin.
✅ Əzmək üçün blender dən də istifadə edə bilərsiniz.
✅ Kartofların içinə sarımsaq və göyərtiləri əlavə edib qarıştırın.
✅ Eynı şəkildə diğər ərzaqları da qarışdırın.
✅ 20 dəqiqə dincə qoyun.

✅ Daha sonra tavada blinçik bişirin.
✅ Sevdiğiniz soslarla servis edə bilərsiniz

Blinçikin Hazırlanma Qaydası
4

✅ Blinçik xəmirini hazırladıqdan sonra içərisində yumrular qalmasın deyə süzgəcdən süzün.
✅ Xəmiri ən az 5 dəqiqə dincə qoymaq lazımdır.
✅ Beləliklə də tavada qalan yağı da almış oluruq.
✅ Blinçik xəmirini hazırlamaq üçün yumurtaları dərin bir qaba qırın.
✅ Su, süd, zeytun yağı və ələnmiş unu əlavə etdikdən sonra bütün ərzaqları bir çırpıcı yardımıyla yaxşıca çırpın ki, içərisində yumrular qalmasın.
✅ Yanmaz yapışmaz tavada duru yağ ilə yağladıqdan sonra kağız dəsmal yardımı ilə yağın artığını alın.
✅ Kiçik bir çömçə yardımı ilə tavaya qarışımı axıdın və hər tərəfinə bərabər şəkildə yayın.
✅ Üzəri deşik -deşik olan blinçikləri tərs düz edib hər iki tərəfini 1 dəqiqə qədər bişirin.
✅ Tavanı arada kağız dəsmal ile yağlayın və eyni işləri blinçiklərin hamısı bişənə qədər davam etdirin.
✅ Bişən blinçikləri geniş bir qaba alın üzərlərini bir qapaqla örtün soyusun.
✅ Soyuyan blinçiklərinizi içərisinə hazırladığınız kartof püresindən qoyub qatlayın.
✅ Hazır blincikləri istədiyiniz kimi bəzəyərək servis edə bilərsiniz.

Nuş Olsun!