Yazdırma Seçimləri:

Kartoflu omlet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Lazım olan ərzaqlar
 1 ədəd kartof
 1 yemək qaşığı un
 1 ədəd yumurta
 kərə yağı
 duz
Hazırlanma qaydası
1

Kartofu əvvəlcə yuyun.
Sonra kartofun qabığını soyun.
Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.
Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun.
Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.
Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun.
Ocağı yandırın.
Kərə yağını əridin.
Kərə yağı əridikdən sonra hazırladığımız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.
Yapışmayan tavanın qapağını örtün.
Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.
Qızarıb bişən omleti isti - isti süfrəyə verin.

Nuş olsun!