
Kartoflu xəngəl
Kartoflu xəngəl hazırlamaq üçün lazım olanlar:
- Yarım kq un,
- 2 yumurta,
- Duz,
- Ilıq su,
içi üçün:
- Yarım kq kartof,
- 1 quru soğan,
- Duz,
- Duru yağ,
- Istiot,
- Kəklik otu,
- Nanə,
- 1 yemək qaşığı tomat,
Hazırlanması:
- Unun içinə yumurtaları qırın.
- Bir şirniyyat qaşığı duz atın.
- 10 dəqiqəyə yaxın xəmiri yoğurun.
- Bir yandan da kartoflarl bişirin.
- Bişən kartofları rəndələyin.
- Bir tavada yarım çay stəkanı yağda incə doğranmış soğanları qovurun.
- Duzunu, tomatını, ədviyyatlarını da qatın.
- Bir az daha qovurduqdan sonra soyumağa qoyun.
- Soyuyan soğanı kartof rəndəsinin üzərinə əlavə edin.
- Kündələrə ayırıb dincə qoyduğunuz xəmirləri yuxadan bir az qalın yayın.
- Su stəkanı ilə kənardan başlayaraq kəsin.
- Hazır içdən xəmirin içinə yarım yemək qaşığı qoyub bükün.
- Kənarlarını bərkidib unlanmış siniyə qoyun.
- Bir qazanın içinə duzlu su qoyub qaynadın.
- Suyun içinə duru ağ əlavə edin.
- Qaynayan suyun içində mantınızı bişirin.
- Bişən mantıları servis tabağına alın.
- Üzərinə sarımsaqlı qatığı əlavə edin.
- Kiçik bir tavada kərə yağı və pul bibəri qovurub mantının üzərinə gəzdirin.
Leave a Reply