Zrazı yeməyi -Şərqi Avropa ölkələrinin Polşa, Litva, Latviya kimi ölkələrin məşhur yeməyidir.
Məşhur Zrazi yeməyi Polşa, Litva, Latviya və s. ölkələrdə çox sevilir. Zrazi yeməyi, müxtəlif ərzaqlarla birlikdə doldurulan bir ət yeməyidir. Daha çox kotletə bənzəyir.
İçlik olaraq əsasən göbələk və ya yumurta istifadə edilir.

Kartofları qaynadaraq suyunu süzün ,və püre olana qədər əzin.
Hazırladığınız püreyə duz, istiot, yumurta əlavə edib qarışdırın.
Tamamən bu ərzaqlar qarışıb püre olduqdan sonra yavaş-yavaş un əlavə etməyə başlayın.
Kartofla hazırladığınız xəmir ələ yapışmamalıdır.
Hazır olandan sonra soyumağa qoyun.
Sarımsağı bitki yağında qızardın.
Qiyməni əlavə etdikdən sonra isə duz və istiot vurub hazır olana qədər qarışdırın.
Azacıq ələ yağ və ya su vurub kotletlərə forma verin. Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edərək hər tərəfini bağlayın.
Hazır kotletlərin hər tərəfini suxarıya batırın.
Orta atəşdə hər tərəfli qızardın.
Kartoflu zrazılar hazırdır.
Süfrəyə müxtəlif soslarla verə bilərsiniz.
Ərzaqlar
Təlimatlar

Leave a Reply