Yazdırma Seçimləri:

Kələcoş

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt50 dəq

Kələcoş Qərbi Azərbaycanın Ağbaba mahalına məxsus bir yemək növüdür. Bu yemək Azərbaycanın bəzi bölgələrində Kələkoş adı ilə tanınan fərqli bir yemək növüdür. Bu yeməklərin hər ikisi də ayranla hazırlansa da çox fərqli bir reseptlərdir.Bir sonrakı yazımızda çalışacağıq sizlərə Kələkoş yeməyinin reseptin də təqdim edək. Hər iki yeməyin qədim bir tarixi vardır.

Kələcoş Üçün Lazım Olan Ərzaqlar
 0,50 kq qurud və yaxud
 0,50 kq süzmə qatıq
 1 ədəd təndir çörəyi
 sarımsaq (zövqə görə)
 3 ədəd quru soğan
 200 q ərinmiş kərə yağ
 duz(süzmə qatığa qatmaq üçün)
Kələcoş Üçün Ərzaqların Yığılması
1

♦️İstifadə edəcəyiniz qurudu ilıq suda yuyub suyunu süzün.
♦️ Ona görə yuyuruq ki , üzərində olan toz təmizlənmiş olsun.
♦️İstifadə edəcəyiniz sarımsaqları soyub ksaya yığın.
♦️İstifadə edəcəyiniz soğanları soyub kasaya yığın.
♦️İstifadə edəcəyiniz yağı kasaya alın.
♦️Qurud olmazsa istifadə edəcəyiniz qatığı mütləq süzün.
♦️İstifadə edəcəyiniz çörəyi dəsmal üzərinə alın.
♦️Əgər çörək istidirsə soyusun sonra istifadə edin.
♦️Qurud ayranına duz atmaq lazım deyil çünki qurud duzludur.
♦️Süzmə qatıqdan hazırladığınız ayrana isə duz əlavə etmək lzımdır.

Kələcoş Üçün Ərzaqların Hazırlanması
2

♦️Qurudu əzmək üçün ilıq su lazımdır.
♦️ Qurudu iri bir qabda əzmək lazımdır.
♦️Qurudun üzərinə su tökərək üzərinə əlimizi gəzdirərək suda ovxalayırıq.
♦️Qurud əzilərkən əmələ gələn ayranı bir kasaya yığırıq.
♦️Hazırladığımız ayran qatı olmalıdir.
♦️ Dediyimiz kimi qurud olmazsa süzmə qatığıda su ilə açıb kələcoş hazırlamaq olar.
♦️kələcoşun üzərinə əlavə edəcəyimiz soğanı aypara şəklində doğrayın.
♦️ Sarımsaqları üçərisinə azca duz əlavə edərək əzin.
♦️Çörəyi kiçik-kiçik doğrayın.
♦️İstifadə edəcəyinz kərə yağını əridin.

Kələcoş Üçün Ərzaqların Bişirilməsi
3

♦️Kələcoşun üzərinə əlavə edəcəyiniz soğanı qızılı rəng alana qədər qovurun.
♦️ İri bir qaba doğradığınız çörəkləri yığın.
♦️Doğradığınız çörəklərin üzərinə hazırladığınız ayranı əlavə edin.
♦️Ayranla çörəyi qarışdırdıqdan sonra üzərinə qovurduğunuz yağla soğanı gəzdırin.
♦️Çörəyin üzərinə əvvəlcə qovrulmuş yağ soğan tökülərsə yağ çörəyə hopacaq.
♦️İstifadə etdiyiniz ərzaqlar otaq temperaturunda olmalıdır.

DİQQƏT
4

Qurud ayranı çox faydalıdır.
Qədim zamanlarda yüksək təzyiqi olan insanlar qurud ayranından istifadə etmışdirlər.
Həm də kalsium mənbəyidir.

Kələcoşun Servis Edilməsi
5

Kələcoşün üzərinə əlavə etdiyiniz yağ donmadan isti-isti servis etmək lazımdır.
Bu yeməkdən sonra isə pürrəngi samavar çayını təqdim edə bilərsiniz.

Nuş Olsun!