Yazdırma Seçimləri:

Kəllə-paça (Xaş)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəq

Ləzzətli kəllə paça insan orqanizmini kalsium, vitamin və zülal kimi ehtiyac duyduğu qidalarla zənginləşdirir.
Təbii antibiotik və kollagen deposu kimi tanınan kəllə paça bir çox xəstəliyə yaxşı gəlir.
Zəngin tərkibi sayəsində, hətta ən çətin qış fəsllərini belə asanlıqla keçirməyə kömək edir.
Bədəndəki bakteriya və infeksiyaları təmizləyir.
Antibiotik effekti yaratmaq üçün baş-ayaq şorbasına limon, sarımsaq və sirkə əlavə edə bilərsiniz.
Kəllə paça kollagen istehsalını dəstəklədiyi üçün sizi daha gənc göstərir.
Yaralanma, sınıq, çat, toxuma zədələnməsi kimi hallarda daha asan sağalmağınıza kömək edir.
Saç tökülməsinin qarşısını alan kəllə paça həm də saçların uzanmasına kömək edir və saçları nəmləndirir və canlandırır.
Göz sağlamlığını qoruyur.
Tərkibindəki amin turşuları sayəsində yuxu gətirir.
Həzmi asanlaşdırır.

Kəllə-paça (xaş)

Kəllə Paça Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd qoyun kəlləsi(dildən başqa)
 4 ədəd qoyun ayağı
 100 q qarın
 5 q sarımsaq
 10 q sirkə
 duz
Kəllə Paça Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kiçik baş heyvanın kəlləsini ayaqlarını yaxşıca təmizləyib yuyun və suya qoyun.
✅ Kəllə paçaya qatmaq üçün yenə də kiçik baş heyvanın qarın hissəsini də təmizləyib suya qoyun.
✅ İstifadə edəcəyiniz duzu kasaya yığın.
✅ Lazım olacaq sirkəni stəkana süzün.
✅ İstifadə edəcəyiniz sarımsağı soyub kasaya yığın.

Kəllə Paça Üçün Ərzaqların Hazırlanması
2

✅ Kəllə paça (xaş) hazırlamaq üçün kiçik baş heyvanın kəlləsi, ayaqları və qarnı emaldan keçirib yuyun və ən əzı bir saat suya qoyun.
✅ Yuyub təmizlədiyiniz kiçik baş heyvanın baş ayağını təmiz-təmiz yuduqdan sonra hissələrə ayırın.
✅ Dili ayırıb bir kənara qoyun.
✅ Baş ayağı hissələrə ayırdıqdan sonra yenidən yuyub suyunu süzülməyə qoyun.
✅ Hazırladığınız qarını da yaxşıca yuduqdan sonra çox da iri olmadan doğrayıb yuyun və aşsüzənə alıb suyunu süzün.
✅ Sarımsaqları əzib kasaya yığın.
✅ Ocağı isidin və kəllə paça bişirəcəyiniz tiyana su doldurub ocağa alın.

Kəllə-paçanın Faydaları
3

✅ Kəllə-paça (xaş) insan orqanizmi üçün çox faydalıdır.
✅ Yağlılığı və kalori miqdarı çoxdur.
✅ Xaş xüsusi ilə uşaqların inkişafı üçün çox faydalı qidadır.
✅ Xərcəng xəstələrinin müalicəsindən müsbət nəticə almaları və xərçəng hüceyrələrinin yox edilməsində mühüm rolu olan kallogen adlı maddə ilə zəngindir.
✅ Xaş, qırıq-çıxıq zamanı da faydalıdır.
✅ Kəllə-paça (xaş) çox yeyildikdə kilo alma probleminə səbəb ola bilər.

Kəllə Paçanın Bişirilməsi
4

✅Hissələrə ayırdığınız baş ayağı tiyana qoyub hər kiloqramına 2 l su töküb bişirin.
✅ Əvvəl su qaynayana qədər güclü atəşdə bişirin.
✅ Yemək qaynamağa başlayanda üzərinə yığılan kəfi yığışdıraraq vam odda bişirin.
✅ Bişdikdən sonra əti çıxardılıb iri sümüklərdən ayrın və 40-50 q çəkidə tikəciklərə doğrayıb yenidən bulyona salıb bişirin.
✅ Süfrəyə verilən zaman boşqaba bişmiş ət və qarın qoyulub üstünə bulyon tökülür, xörəyin yanına sarımsaqlı sirkə qoyulur.
✅ Bulyon bişirilən zaman duz vurulmamalı və o, ayrıca süfrəyə verilməlidir.
✅ Qarın ayrıca olaraq suda bişirilir.

DİQQƏT
5

✅ Bulyon bişirilən zaman duz vurulmamalı və o, ayrıca süfrəyə verilməlidir.
✅Bu xörək adətən səhərlər yeyilir.

6

✅ Süfrəyə verilən zaman boşqaba bişmiş ət və qarın qoyulub üstünə bulyon tökülür.
✅ Süfrəyə verilən xörəyin yanına sarımsaqlı sirkə qoyulur.

Nuş Olsun!