Yazdırma Seçimləri:

Kəpəkli Çörək İlə Pendirli Yumurtalı Sendviç

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

Sabah qəhvəaltılarının sevilən təriflərindən olan sendvici uşaqlarla bərabər böyüklər də sevərək tükədirlər.Bunları nəzərə alan 1001dad.com saytı sizlərə özünüzün hazırlaya biləcəyi pratik bir sendvic reseptini təqdim edir.

Kəpəkli çörək ilə pendirli yumurtalı sendviç

Lazım Olan Ərzaqlar
 100 q holland pendiri
 1 ədəd yumurta
 2 ədəd kəpəkli çörək
 1 ədəd pomidor
 xiyar turşusu
 1 yemək qaşığı duru yağ
 duz
 istiot
Sendvic Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz holland pendirini bir kasaya yığın..
✅ İstifadə edəcəyinz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Sendviç üçün istifadə edəcəyiniz kəpəkli çörəyi bir kasaya yığın.
✅ İstifadə edəcəyiuniz pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olan xiyar turşusunu bir kasaya yığın.
✅ Lazım olacaq duzu kasaya yığın.
✅ Lazım olacaq duru yağı stəkana süzün.
✅ İstifadə edəcəyiniz istiotu kasaya yığın.

Sendvic Üçün Ərzaqların Hazırlanması
2

✅Əvvəlcə duru yağı tavaya əlavə edib qızdırın.
✅İstifadə edəcəyiniz yumurtaları qızdırdığınız yağın içərisinə çırpın.
✅ İstifadə edəcəyiniz holland pendirini rəndələyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz pomidoru və xiyar turşusunu dilimləyib ayrıca kasalara yığın.
✅Tavanı qızdırın.

Hazırlanma Qaydası
3

✅Yumurta bişənə yaxın üzərinə duz və istiotu əlavə edib bişirin.
✅Sonra yumurtanın üzərinə holland pendirini əlavə edin.
✅Pomidoru , xiyarı nazik dilimlər halında doğrayın.
✅Tavanı qızdırın və çörək dilimlərini isti tavaya qoyun.
✅İsti çörək diliminin üzərinə doğradığınız pomidor, xiyar dilimini yığın və bişirdiyiniz yumurtanı , sonda isə holland pendirini əlavə edin.
✅Sonunda ikinci çörək dilimini hazırladığınız dilimin üzərinə qoyun.
Hazır çörək dilimini iki hissəyə bölün.
✅Hər bir dilimə də kürdan taxın.

Nuş Olsun!