Yazdırma Seçimləri:

Kəpəkli Qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Kəpəkli kurabiyə

Kəpəkli Qurabiyə Üçün Lazım Olan Ərzaqlar
 3 stəkan kəpəkli un
 1 paket qabartma tozu
 1 stəkan şəkər tozu
 1 ədəd yumurta
 1 stəkan zeytun yağı
 ½ stəkan süd
 1 çay qayığı darçın
 ½ stəkan quru üzüm
Kəpəkli Qurabiyə Üçün Ərzaqların Yığılması
1

İstifadə edəcəyiniz kəpəkli unu bir kasaya yığın.
İstifadə edəcəyiniz qabartma rozunu kiçik kasaya yığın.
Lazım olacaq yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın suyu çəkilsin.
İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
Lazım olacaq südü stəkana süzün.
İstifadə edəcəyiniz zeytun yağını stəkana süzün.
Lazım olacaq darçını kasaya tökün.
İstifadə edəcəyiniz quru üzümü təmizləyib yuyaraq suyunu süzünb dəsmal üzərinə yığın.

Kəpəkli Qurabiyə Üçün Ərzaqların Hazırlanması
2

İstifadə edəcəyiniz unu qarışdırma qabına ələyin ki, un bir az havalansın.
İstifadə edəcəyiniz yumurtaları kasaya sındırın.
Qurabiyəni bişirəcəyiniz siniyə bişirmə kağızı sərin.

Kəpəkli Qurabiyənin Xəmirinin Hazırlanma Qaydası
3

Dərin bir qabın içərisinə kəpəkli unu əlavə edin və orta hissəsini hovuz kimi açın.
Açdığınız hovuza xəmir qabartma tozu, yumurta, şəkər, süd və zeytun yağı əlavə edərək yoğurmaya başlayın.
Quru üzüm və darçını əlavə edin. (xəmir qulaq məməsi bərkliyində olmalı).
Qoz böyüklüyündə toplar hazırlayaraq soba sinisinə düzün.

Kəpəkli Qurabiyənin Bişirilməsi
4

Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
Sobanın istilik ayarı hər sobaya görə dəyişir.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə yaxın bişirin.

Kəpəkli Qurabiyənin Servis Edilməsi
5

Kəpəkli qurabiyə bir az soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!