Yazdırma Seçimləri:

Kərə Yağlı Ev Çörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 55 dəq

kərə yağlı ev çörəyi

Lazım Olan Ərzaqlar
 1 stəkan süd
 2 yemək qaşığı kərə yağı
 2 yemək qaşığı şəkər tozu
 2 yemək qaşığı yaş maya
 ½ yemək qaşığı ilıq su
 1 kq un
 duz
Hazırlanma Qaydası
1

✅ Qaynadılmış südün içərisinə duz, şəkər, yağ qatın.
✅ İlıq suyun içində mayanı əzin.
✅ Əzdiyiniz mayanın içinə 4-5 qaşıq un qatıb qarışdırın.
✅ Üstü qapalı olaraq isti bir yerdə 10-15 dəqiqə qabarmasını gözləyin.
✅ Mayalı xəmirlə südü bir -birinə qarışdırın.
✅ Sonra isə qalan unu qatıb yaxşıca bir xəmir yoğurun( xəmir əvvəlcə əlinizə yapışa bilər yoğurduqca elastiklik qazanar və əlinizə bulaşmaz).
✅ Bu hazır xəmiri yağlanmış bir qaba alın.
✅ Xəmirin üzərini də yağlayın.
✅ Xəmir qabarana qədər gözləyin.
✅ Xəmir göz-göz olub qıcqırmış iyi gələndə xəmiri dəzgahın üzərinə qoyub bir iki dəfə yoğurun.
✅ Sonra xəmiri kündələyin.
✅ Kündələr özünü tutandan sonra onlara forma verin.
✅ Yağlanmış soba listinə çörək xəmirini yerləşdirin.
✅ Soba sinisində xəmir qabarana qədər gözləyin.
✅ Sobanı əvvəlcədən qızdırın.
✅ Qabarmış böyük çörəkləri sobada 40 dəqiqə , kiçik çörəkləri isə 20 dəqiqə bişirin.

Nuş Olsun!