
Lazım olanlar:
- 4 stəkan süd,
- 1 stəkan şəkər tozu,
- 2 şorba qaşığı incə çəkilmiş badam,
- 2 şorba qaşığı düyü unu,
- 1 şorba qaşığı buğda nişastası,
- 1 şorba qaşığı hind qozu,
- Üzəri üçün:
- Döyülmüş antep fıstığı,
- Hind qozu,
Hazırlanması:
- Südü qazana tökün.
- Əvvəlcə şəkər tozu, döyülmüş badam, düyü unu və nişastanı da südün içinə əlavə edərək möhkəm çırpın və südə qarışmasına çalışın.
- Qazanı ocağın üzərinə qoyaraq bişirməyə başlayın.
- Qatı hala gəldiyində hind qozunu da əlavə edib qatı halda servis kasalarına boşaldaraq soyumağa qoyun.
- Soyuyandan sonra bəzəyərək servis edin
Leave a Reply