Yazdırma Seçimləri:

Kəsmikli peçenye

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Kəsmiyin faydası olduqca çoxdur. Onun tərkibində çoxlu miqdarda kalsium vardır. Kalsium insan orqanizmini möhkəmləndirir. Sümükləri, dişləri, saçları möhkəmləndirir, ürəyin normal fəaliyyəti və görmə üçün də çox vacibdir. Kəsmik mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Gündəlik qidalanmada kəsmiyin olması uşaqlar və hamilə qadınlar üçün olduqca vacibdir. Lakin bir çox uşaqlar (və həmçinin də böyüklər) kəsmik xoşlamır. Bu halda kəsmiklə müxtəlif un məmulatları (peçenye, piroq və s.) bişirməklə bədənin kalsiuma olan tələbatını ödəmək olar. Sizlər üçün çox faydalı olacaq “Kəsmikli peçenye” reseptini təqdim edirik. Yaxınlarınızla birlikdə bu peçenyeni nuş etməyinizi arzu edirik.

Kəsmikli pecenye

Kəsmikli Peçenye Üçün Lazım Olan Ərzaqlar
 0,50 stəkan şəkər tozu
 1 ədəd yumurta
 200 q kəsmik
 100 q kərə yağ
 1 paket Kenton şəkərli vanil
 1 paket Kenton qabartma tozu
 2 stəkan un
Kəsmikli Peçenyenin Üzəri Üçün
 Şəkər kirşanı
Kəsmikli Peçenye Üçün Ərzaqların Yığılması
1

1. Kəsmikli peçenye üçün istifadə edəcəyiniz yumurtaları yuyub bir kasaya yığın.
2. İstifadə edəcəyiniz qədər kəsmiyi kasaya yığın.
3. Peçenye üçün istifadə edəcəyiniz kərə yağını kasaya yığın.
4.İstifadə edəcəyiniz kenton qabartma tozunu, kenton şəkərli vanilini ayrı-ayrı kasalara yığın.
5. Kəsmikli peçenye üçün lazım olan unu bir qaba yığın.
6. İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.

Kəsmikli Peçenyenin Ərzaqlarının Hazırlanması
2

1. Unu bir kasaya ələyin.
2. Yumurtanı bir kasaya sındırın.
3. Kenton qabartma tozunu, kenton şəkərli vanilini kisələrindən çıxardıb kasalara yığın.
4. Peçenye üün istifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.

Kəsmikli Peçenyenin Xəmirinin Hazırlanma Qaydası
3

Kəsmikli-pecenye-1001dad-700x700

1. Şəkər tozuna sındırdığınız yumurtanı , kəsmiyi, kərə yağını , kenton şəkərli vanilini əlavə edib yaxşıca çırpı
2. Bundan sonra unu da ələyərək əlavə edin.
3. Ünun üzərinə isə Kenton qabartma tozu əlavə edərək xəmir yoğurun.
4. Xəmir ələ yapışmadıqda hazır olmuş hesab olunur.
5. Hazır xəmiri bir az dincə qoyun.

Kəsmikli Peçenyenin Hazırlanmasi
4

1. Dincə qiyduğunuz xəmirdən kiçik oval kündələr hazırlayın.
2. Kündələrinizi ovcunuzda bir az yastılayın.
3. Soba sinisinə yağlı kağız sərin.
4. Kündələri soba sinisinə çox da yaxın olmayacaq şəkildə düzün.

Kəsmikli Peçenyenin Bişirilmə Qaydası
5

1. Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
2. 180 dərəcə isidilmiş sobada 20 Dəqiqə bişirin.
3. Bişirdiyiniz peçenyeləri sobadan çıxardaraq soyumağa qoyun

Kəsmikli Peçenyenin Servis Edilməsi
6

.Soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpin.
Çayla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!