Yazdırma Seçimləri:

Kiftəli düyü şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olan ərzaqlar
 200 q qiymə
 1 ədəd soğan
 1 ədəd yumurta
 1 ədəd kartof
 1 ədəd kök
 1 ədəd bibər
 1 ədəd pomidor
 3 diş sarımsaq
 duz
 1 çimdik cirə
 1 çimdik istiot
 düyü
 2 ədəd dəfnə yapağı
 2 yemək qaşığı zeytun yağı
Hazırlanma qaydası
1

Kartof, kök və bibəri yuyub xırda kubik şəklində doğrayın.
Pomidoru yuyub halqa şəklində doğrayın.
Sarımsağı əzin.
Soğanı ət çəkən maşında çəkin.
Qiymənı bir kasada çəkilmiş soğan, duz, istiot, cirə və yumurtanın ağı qatılmaqla yaxşıca yoğurun.
Qazanın içində əvvəlcə yağ-soğanla birgə küftələri azacıq qızardın.
Sonra üstünə pomidor əlavə edin.
1-2 dəqiqədən sonra isə əzilmiş sarımsaq, doğranmış kartof, kök və bibəri əlavə edin.
Qazanın içinə su əlavə edib bişirin.
Şorbanın içinə dəfnə yarpağı atın.
Tərəvəzlər yarıbişmiş olanda yuyulmuş düyünü əlavə edin və düyü bişənə qədər şorbanı qaynadın.
İsti-isti servis edin.

Nuş olsun!