Yazdırma Seçimləri:

Kırım Türklərinin Vazkeçilməz Dadı-Göbətə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt2 saat

Göbətə tatar mətbəxinə məxsus bir yemək növüdür. Bu yemək bir az da börəyi xatırladır. Göbətəni ətlə, kartofla, düyü və başqa ərzaqlarla da hazırlamaq olar.Krım tatarlarının mətbəxində çox sevilərək hazırlanan bir börəkdir. Çalışdıq ki, bu resepti sizlərə də çatdıraq. Resept 1001dad.com səhifəmizdən hazırlaması isə sizlərdən olsun.

kotəbə

🫔Göbətənin Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 6 stəkan un
 2,50 stəkan su
 1,50 çay qayığı maya
 2 stəkan su
 2 çay qayığı duz
🫔Göbətənin İç Xərci Üçün
 4 ədəd kartof
 1 ədəd soğan
 1 ədəd bişirilib didilmiş toyuq döşü və ya qiymə
 1,50 yemək qaşığı tomat
 2,50 stəkan toyuq suyu və ya normal su
 duz
 duru yağ
 istiot
🫔Göbətənin Xəmirini Yağlamaq Üçün
 kərə yağı
 duru yağ
🫔 Göbətə Üçün Ərzaqların Yığılması
1

✅Göbətə hazırlamaq üçün lazım olan unu bir yoğurma qabına yığın.
✅İstifadə ediləcək suyu bir şüçə qaba süzün.
✅Xəmiri mayalandırmaq üçün lazım olan mayanı bir kasaya alın.
✅Lazım olacaq duzu bir kasaya alın.
✅İstifadə edəcəyiniz kartofları yuyub soyun və bir kasaya alın.
✅Göbətəyə qatmaq üçün lazım olan soğanı soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz toyuq döşünü yuyub təmizləyin.
✅İstifadə etmək üçün qiymədə istifadə edə bilərsiniz.
✅Tomatı bir kiçik kasaya alın.
✅Toyuq əti suyunu da bir iri kasaya alın.
✅İstifadə edəcəyiniz duru yağı bir stəkana süzün.
✅Göbətə üçün lazım olacaq istiotu bir kasaya yığın.
✅Xəmiri yağlamaq üçün istifadə edəcəyiniz duru yağı və yaxud kərə yağını bir kasaya alın.

🫔 Göbətə Üçün İçliyin Hazırlanma Qaydası
2

✅Soğan incə- incə doğrayın.
✅Ocağı qızdırın.
✅Tavanı ocaqda qızdırın.
✅Duru yağı tavada qızdırın.
✅Doğradığınız soğanları duru yağda qovurun.
✅Qovrulan soğana tomat əlavə edərək bir neçə dəfə soğan və tomatla birlikdə qarışdırın.
✅Ardından küp -küp doğranmış kartofları əlavə edin.
✅Birlikdə 2-3 dq daha qovurun.
✅Qovrulan pkartoflara 2,5 sustəkanı toyuq suyu və ya normal su əlavə edərək (toyuq suyuyla daha ləzzətli olur).
✅Kartoflar bişdikdən sonra bişirdiyiniz toyuq döşünü iri -iri didikləyib qarışımın içinə əlavə edib qarışdırın.
✅İstiot və duzunu da əlavə edib soyumağa bırakın.

🫔Xəmirin Hazırlanma Qaydası
3

✅Quru mayanı ılıkq su ilə qarışdırın.
✅6 su stəkanı unun içinə mayanı, duzu və suyu əlavə edib yoğurun.
✅Qulaq məməsi bərkliyində bir xəmir olsun.
dincəlməyə.ə qoyun.
✅Dincələn xəmiri 5 bərabər kündəyə ayırın və ayırdığınız kündələri oxlav ilə açın.
✅Kündələrin 5 -ni də açdıqdan sonra Göbətənin altı üçün 3 yuxanı, üst qatı üçün isə 2 yuxanı birləşdirin.

🫔Göbətə Yuxalarının Birləşdirmə Qaydası
4

✅Bir yuxanı dəzgahın üzərinə yayın .
✅Ərinmiş kərə yağını və duru yağı qarışdıraraq yuxanı yağlayın.
✅Üstünə bir xəmir qoyub təkrar yağlayın (hər xəmirin üstü yağlanmış olacaq).
✅Üst- üstə qoyduğunuz 3 yuxanı rulon kimi bükün
✅Əlinizlə bastırın vəvərdənəylə açın.
✅Eyni işləmi digər 2 yuxalar üçün də edin.
✅Altda olacaq xəmir daha iri olmalıdır ki yanlarını qatlaya bilmək üçün.
✅Alt xəmirinizi siniyə qoyun və içərisinə də hazırladığınız xərcdən yığın.
✅Üstünə də diğər xəmiri qapadıb , kənarlarını qapayın.
✅Börəyin üstünü də fırçayla bir az yağlayın.

🫔Göbətənin Bişirilməsi
5

kobete

✅Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅Əvvəlcədən qızdırdığınız sobada 30 dəqiqə bişirin.
✅Üzəri qızarıb xırt-xırt olanda sobadan çıxardın.

Diqqət
6

Xəmirə bir yemək qaşığı üzüm və ya alma sirkəsi də əlavə edə bilərsiniz.
Sirkə xəmirin daha da kövrək olmasına kömək edir.
Unu yavaş-əlavə edərək xəmiri daha rahat yoğura bilərsiniz.
Ələ yapışmayan yumşaq bir xəmir əldə etdiyinizdə unun miqdarı yetərli olacaq.
Unun miqdarı unun növünə görə də dəyişir.

🫔Göbətənin Servis Edilməsi
7

Göbətəni istədiyiniz tək bəzəyərək ayran və ya çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!