Yazdırma Seçimləri:

Keşniş Soslu Balıq

Verimlilik6 PorsiyonHazırlanma Müddəti55 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 35 dəq

kişniş soslu balıq

Lazım Olan Ərzaqlar
 2 ədəd dilimlənmiş balıq
 1 ədəd quru soğan
 2 yemək qaşığı əzilmiş keşniş
 duz
 1 yemək qaşığı duru yağ
 ½ dəstə yaşıl soğan
 pomidor
Hazırlanma Qaydası
1

✅ Əvvəlcə soğanları soyun.
✅ Soyduğunuz soğanları halqa-halqa doğrayın.
✅ Balıqları təmizləyin və təmiz-təmiz yuyun.
✅ Yuduğunuz balıqları suyunu çəkməyə qoyun.
✅ Sonra balıqları doğrayın.
✅ Doğradığınız balıqları duzlayın.
✅ Duzladığınız balıqları doğrqdığınız soğanların üzərinə düzün.
✅ Keşnişi balıqların üzərinə yaxşıca səpin.
✅ Bu şəkildə yarım saat gözlədin.
✅ Yağı balıq tavasına alıb bir az qızdırın.
✅ Keşnişli balıqları qızğın tavaya qoyun.
✅ O üz, bu üz yaxşıca qızardın.
✅ Yaşıl soğan, pomidor ilə birlikdə servis edin.
✅ İzqara dadında bir ləzzət ortaya çıxacaq.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 6