Yazdırma Seçimləri:

Kiyev kotleti

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

kiyev kotleti

Lazım olan ərzaqlar
 toyuğun döş əti
 50 q kərə yağı
 göyərti( cəfəri, şüyüd)
 ½ ədəd limon
 1 ədəd yumurta
 duz
 bitki yağı
 suxarı
Hazırlanma qyadası
1

Göyərtini xırda doğrayın, kərə yağıyla qarışdırın.
Bunu sellofanın köməyi ilə kötük kimi yumrulayıb dondurucuya qoyun.
Toyuğun döş ətini iki hissəyə (böyük və balaca) bölün.
Pərdələrini təmizləyin.
Böyük hissəni içi üzü yuxarı olmaqla sellofanın üstünə qoyun, balaca hissəni də onun üstünə və birlikdə döyün.
Duzlayın.
Böyük hissənin üstünə göyərtiylə qarışdırdığınız kərə yağını qoyun.
Balaca hissəni bunun üstünə qoyun, altdakı hissəni üstünə qatlayıb kotlet kimi bükün.
Sellofanın köməyilə ona oval forma verin.
Hazır kotletləri soyuducuya qoyun.
Yumurtanı çalın, azca duz vurun.
Kotletləri soyuducudan çıxarın.
Yumurtaya, sonra suxarıya batırın.
Sonra bu prosesi bir dəfə də təkrar edin.
Qaynayan yağa salıb 7-10 dəqiqə qızardın.
Hazır kotletləri salfetin üzərinə düzün ki, yağı axsın.

Nuş olsun!