Yazdırma Seçimləri:

Köftə qızartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 45 dəq

Lazım olan ərzaqlar
 1 kq dana qiymə
 400 q un
 5 ədəd soğan
 1 dəstə cəfəri
 1 çimdik soda
 1 çimdik istiot
 2 stəkan duru yağ
 duz
Hazırlanma qaydası
1

1kq dana qiymənin üzərinə 2 yumurta qırın.
5 dənə soğanı doğrayıb yumurtaya qatın.
Üzərinə incə doğranan bir dəstə cəfəri, 1 az soda, 2 şirniyyat qaşığı istiot səpin.
Ərzaqlarla qarışdırılan qiyməyə 400 q un qataraq yoğurun.
Yoğurulan köftə xərcindən kündələr ayıraraq unla yuvarlayın.
Masaya səpilən unda köftələri vərdənə ilə incə açın.
Açılan köftələri əvvəlcə qızdırılan yağsız tavada çevirərək qızardın.
Sonra da yağda qızardaraq servis tabağında üst- üstə düzün.
Köftələr artıq servisə hazırdır.

Nuş olsun!