Yazdırma Seçimləri:

Kök şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

 2 çay qayığı pul bibər
 1 çay qayığı istiot
 1 stəkan süd
 1 ədəd yumurta
 1 yemək qaşığı un
 1 yemək qaşığı kərə yağ
 3 ədəd kök
 5 stəkan ilıq su
 duz
 incə doğranmış cəfəri
 sürtkəcdən keçirilmiş holland pendiri
Kök şorbasının hazırlanma qaydası:
1

Əvvəlcə kökləri təmiz yuyun.
Suyunu dəsmal ilə qurudun.
Köklərin qabıqlarını təmizləyin.
Bunlardan sonra kökləri kubiklər şəklində doğraıyın.
Yarım stəkan yağda kökləri 5 dəqiqə qovurun.
Sonra 1 stəkan su əlavə edib köklər yumşalana qədər bişirin.
Bişirdiyiniz kökləri aşsüzənə tökün.
Aşsüzəndə kökləri püre halına gətirin.
Püre halına gətirdiyiniz köklərin üzərinə 8 stəkan ət suyu əlavə edib ocağın üzərinə qoyun.
Başqa bir qazanda isə bir qaşıq kərə yağında unu qovurun.
Bundan sonra qovrulmuş unun içərisinə yarım stəkan süd əlavə edin.
Yumurtaları təmiz yuyun.
Yuyulmuş yumurtaları sındırın və sarısını ağından ayırın.
Bir qabda yumurtanın sarısını möhkəm çırpın.
Süd qatılan unu ocaqdan endirin ki, bir az soyusun.
Ocaqdan endirdiyiniz qarışımın üzərinə çırpılmış yumurta sarısını əlavə edib qarışdırın və şorbaya əlavə edin.
Bir az qaynadın.
Sonra üzərini incə doğranmış cəfəri və holland pendiri ilə bəzəyərək servis edin.

Nuş olsun!