Yazdırma Seçimləri:

Köklü kabak şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Köklü kabak şorbası

Lazım olan ərzaqlar
 2 ədəd kabak
 1 ədəd kök
 2 yemək qaşığı duru yağ
 2 yemək qaşığı un
 1 stəkan süd
 5 stəkan su
 1 stəkan doğranmış şüyüd
 duz
Hazırlanma qaydası
1

Köklü kabak şorbası

Kabakları və kökü soyub rəndənin iri tərəfi ilə rəndələyin.
Kərə yağı və duru yağı bir qazana alıb qızdırın.
Rəndələnmiş kabakları və kökü yağa əlavə edib suyunu salıb çəkənə qədər qovurun.
Unu əlavə edib 1 dəqiqə daha qovurun.
Suyunu əlavə edib vam odda bişirin.
Altını söndürüb südünü də əlavə edib sürətli qarışdırın.
Duzunu və şüyüdü də əlavə edib bir az daha qaynadın və ocağı söndürün.
Köklü kabak şorbası artıq hazırdır.
Köklü kabak şorbasını süfrəyə vermək olar.

Nuş olsun!