Yazdırma Seçimləri:

Koreya Mətbəxi-Yumurta Rulonu – Egg Roll

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt45 dəq

Bu yemək Koreya mətbəxinə məxsus bir yemək növüdür. Çox dadlı bir yeməkdir. Zövqlə bişirə biləcəyiniz bir yemək növüdür.

Yumurta rulonu - Egg Roll Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd yumurta
 5 yemək qaşığı süd
 2 ədəd yaşıl bibər
 2 ədəd göbələk
 2 ədəd sosis
 arzunuza görə ədviyyat qarışığı
 duz
Yumurta rulonu - Egg Roll Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz sosisləri. bir kasaya yığın.
✅Bibərləri yuyub içini təmizləyərək mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Duru yağı stəkana süzün.
✅Südü bir stəkana süzün.
✅Duzu və ədviyyatları ayrıca kasaya yığın.

Yumurta rulonu - Egg Roll Üçün Ərzaqların Hazırlanması
2

✅Sosis, göbələk və bibərlərinizi mümkün qədər kiçik doğrayın.
✅İstəsəniz rəndələyə də bilərsiniz.
✅Yumurtaları bir qabda yaxşıca çırpın.
✅Əslində bu qarışımın içində soğan və kök olur .
✅Zövqünüzə görə başqa ərzaqlar seçə bilərsiniz, amma kiçik doğramaq şərtiylə.
✅Süd, duz və istədiyiniz ədviyyatları da əlavə edib bir az daha çırpın.
✅Doğradığınız ərzaqları çırpdığınız yumurtaların içinə əlavə edin.
✅Kiçik bir kasaya duru yağ əlavə edin.
✅Sonra geniş və böyük bir tavanı fırçayla yaxşıcı yağlayın.

Yumurta rulonu - Egg Rollun Bişirilmə Qaydası
3

✅Yağı qoyduğunuz kasa yanınızda qalsın çünki yenidən istifadə edəcəksiniz.
✅Tava qızdıqdan sonra qarışımdan 1 çömçə tavaya tökün.
✅Bu reseptə görə 3 çömçə çıxmalıdır.
✅Rulon hazırlayıb geriyə çəkdiyinizdə qopmuş olarsa qorxmayın, qarışımdan qopan hissəyə bir az əlavə etsəniz qopan hissə bərpa ola bilər.
✅Altı vam odda bişən blinçikinizin yarısına qədər bir tərəfindən rulon hazırlayın.
✅Rulon hazırlayarkən açıqda qalan hissəsinə fırçayla yenidən yağ vurun.
✅Sonra rulonuzu yağ vurduğunuz hissəyə doğru geri çəkin və bu dəfə açıq qalan diğər hissəyə də fırçayla yağ sürtün.
✅Çömçə ilə az öncə yağladığınız hissəyə yenidən qarışımdan əlavə edərək bişirin.
✅Bişdikdən sonra isə eyni işləmləri təkrar edin.
✅Bu ardıcıllıqla blinçikləri bişirin:
✅Rulon hazırla
✅Yağla
✅Geri çək
✅Yenidən yağla
✅Qarışımdan əlavə elə.
✅Qarışım bitdiyində rulonunuz da bitmiş olur.
✅Son olaraq orta atəşdə dağılmayacağına əmin olduqdan sonra üzərini bir az da qızarda bilərsiniz.

Yumurta rulonu - Egg Rollun Servis Edilməsi
4

✅ Bütün yumurtalı qarışım bitənə qədər bu prosses davam edir və dilimlənərək servis edilir.

Nuş Olsun!