Yazdırma Seçimləri:

Korjik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı12 dəqÜmumi Vaxt5 saat 21 dəq

Korjik uşaqların sevərək yedikləri bir şirniyyatdır. Bu şirniyyat çox rahat hazırlanır. Məktəblilərin çox sevdiyi bir şirniyyat növüdür. Çox az ərzaqla hazırlanır. Bu şirniyyatın reseptini bu gün sizlərə çatdıracağıq. Sizlərin də bu şirniyyatı hazırlamağınızı tövsiyyə edərdik.

korjik

Korjik Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 1 paket Kenton şəkərli vanilin
 1 paket Kenton qabartma tozu
 50 ml süd
 310 q un
 120 q şəkər tozu
 60 q kərə yağı
 1 ədəd yumurta
 1 çimdik duz
Korjikin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
Korjik Üçün Ərzaqların Yığılması
1

✅ Korjik hazırlamaq üçün lazım olan unu bir kasaya alın.
✅ Kenton şəkərli vanilini də kiçik bir kasaya alın.
✅ Kenton qabartma tozunu kiçik bir kasaya alın.
✅ Korjik bişirmək üçün lazım olan südü bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅ Korjik bişirmək üçün istifadə esdəcəyiniz yumurtanı yuyub bir kənara alın.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya qoyun.
✅ Lazım olan duzu bir kiçik kasaya yığın.

Korjikin Hazırlanma Qaydası
2

✅ Süd və şəkər tozunu qataraq qarışdırın.
✅ Yumurtanı qarışdırma qabına sındırın.
✅ Unu qarışdırma qabına ələyin.
✅ Kərə yağı, duz, yumurta, Kenton qabartma tozu , Kenton şəkərli vanilin və unu qatışdıraraq xəmir yoğurun.
✅ Ələ yapışmayan bir xəmir əldə edəcəksiniz.
✅ Xəmiri açmaq üçün dəzgahın üzərini unlayın.
✅ Yoğurduğunuz hazır xəmiri dəzgahın üzərinə alın.
✅ Xəmiri bir az əlinizlə yastıladıqdan sonra oxlovla yayın.
✅ Yaymanın qalınlığı 1sm olsun.
✅ Yaydığınız xəmiri fiqur vasitəsi ilə kəsin.
✅ Korjiki bişirmək üçün soba sinisinə yağlı kağız sərin.
✅ Hazırladığınız Korjikləri müəyyən aralıqlarla siniyə yığın.
✅ Korjiklərin üzərinə yumurta sarısı çəkib çəngəllə naxışlayın.

Korjikin Bişirilmə Qaydası
3

korjik

✅ Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qzdırın.
✅ Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada korjikləri 10-12 dəqiqə bişirin.
✅ Bişən korjikləri sobadan çıxardın.

Korgikin Servis Edilmə Qaydası
4

✅ İsti və soyuq halda servis edə bilərsiniz.
✅ Bu şirniyyat uşaqların çox sevdiyi bir şirniyyatdır.

Nuş Olsun!