Yazdırma Seçimləri:

Körpələr üçün sürpriz kotlet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt40 dəq

1 yaş və sonrası üçün.

Körpələr üçün sürpriz kotlet

Lazım olan ərzaqlar
 400 q qiymə
 1 ədəd yumurta
 4 yemək qaşığı suxari
 1 çay qayığı cirə
Sürpriz üçün
 6 ədəd bildirçin yumurtası
 23 ədəd göyərti
 1 ədəd kiçik kök (uzunlamasına kəsilərək sarı hissəsi çıxardılır).
Qeyd!
1

Qiymə yağsız olduğu təqdirdə 1 yemək qaşığı zeytun yağı əlavə edə bilərsiniz.

Hazırlanma qaydası
2

Körpələr üçün sürpriz kotlet

Kotlet üçün lazım olan ərzaqları bir qabda qarışdırın və 4-5 dəqiqə yoğurun.
Soba sinisinin içərisinə bu hazırlanan kotlet "xəmiri" ni yayın.
İçərisinə sürprizləri yerləşdirin.
Sürpriz yerləşdirilən kotlet xəmiri rulon halına gətirilir.
Soba əvvvəlcədən 180 dərəcəyə qədər isidilir.
180 dərəcə isidilmiş sobada kotletləri bişirin.
Bişirilmə müddəti təqribən 35-40 dəqiqədir.
Sürpriz kotletlər süfrəyə verilərkən yanında tərəvəz püresi və pomitorlu sos verilə bilər.

Bildirçin yumurtasının faydası
3

Heyvan mənşəli proteinlərin təməlini quş yumurtaları meydana gətirir.
Sevərək yeyilən yumurtalar, aid olduğu quşun genetik xüsusiyyətlərinə görə bir - birindən fərqlənir.
Xüsusi ilə bildirçin yumurtasının protein, ana südü tərkibindəki zülala çox yaxın olduğu təxmin edilməkdədir.
Digər yumurtalara görə tərkibində daha çox amin turşuları olan bildirçin yumurtası, uşaqlarda immun sistemini gücləndirir.
Sürpriz kotlet hazırlayarkən bildirçin yumurtası olmasa, toyuq yumurtası da istifadə etmək mümkündür

Nuş olsun!