Yazdırma Seçimləri:

Köttbullar (İsveç mətbəxi)

Verimlilik6 PorsiyonHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

Köttbullar

Küftə Üçün Lazım Olan Ərzaqlar
 550 q dana döş qiymə (az yağlı qiymə)
 1 ədəd rəndələnmiş soğan
 2 diş rəndələnmiş sarımsaq
 3 yemək qaşığı suxarı
 4 yemək qaşığı süd
 1 ədəd yumurta
 istiot
  duz
Sos Üçün
 1 yemək qaşığı kərə yağ
 1,50 yemək qaşığı un
 300 ml ət suyu( toyuq da olar yarı- yarıya su da əlavə edə bilərsiniz və ya bulyon)
 100 ml krema
 3 yemək qaşığı soya sosu(əgər soya sosunuz yoxsa duz miqdarını ayarlayın)
 1 çay qayığı xardal
 istiot
Köttbullar Küftəsi Üçün Ərzaqların Yığılması
1

✅ Dana döş ətinin az yağlı hisəsindən götürün.
✅ Lazım olacaq qədər südü bir stəkana süzün.
✅ İstifadə ediləcək qədər suxarını bir kasaya aln.
✅ Yumurtaları yuyub bir qaba qoyun.
✅ Duz və istiotu ayrı-ayrı kasalara yığın.
✅ Soğan və sarımsaqları təmizləyib ayrı-ayrı kasalara alın.
✅ Sos üçün lazım olacaq kərə yağını bir kasaya qoyun
✅ Lazım olacaq qədər unu bir qaba yığın.
✅ Lazım olan qədər kremanı bir kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz soya sosunu br stəkana alın.
✅ Sos üçün lazım olan xardalı bir kiçik kasaya yığın.
✅ İstifadə olunacaq qədər bulyonu qazana alın.
✅ Lazım olacaq qədər istiotu kiçik bir kasaya alın.

Köttbullar Küftəsi Üçün Ərzaqların Hazırlanması
2

✅ Az yağlı dana döş ətindən qiymə hazırlayın.
✅ Soğan və sarımsaqları ayrıca rəndədən keçirdin.
✅ Yumurtanı bir qaba sındırın.
✅ Unu bir qaba ələyin.
✅ Kərə yağını bir qazanda əridin.

Köttbullar Küftəsinin Hazırlanma Qaydası
3

Köttbullar

✅ Hazırladığınız qiymənin içərisinə yumurtanı, suxarını, duzu, istiotu, rəndələdiyiniz soğan və sarımsqları qarışdıraraq yoğurun.
✅ Hazırladığınız qarışımdan kiçik küftələr hazırlayın.
✅ Küftə hazırlamaq üçün əlinizi isladaraq qoz böyüklüyündə toplar hazırlayın.
✅ Hazırladığınız küftələrin üzərini streçləyib ən az 30 dəqiqəyə yaxın soyuducuda saxlayın.
✅ Sonra sinyə yağlı kağız sərin.
✅ Hazırladığınız küftələri siniyə düzün.

Sos Hazırlama Qaydası
4

✅ Sos üçün uyğun qazana kərə yağını alın və yaxşıca qızdırın.
✅ Unu əlavə edərək iyi çıxana qədər qovurun.
✅ Ət suyunu az-az əlavə edib qarışdırın.
✅ Qatılaşmağa başlayanda kremanı da əlavə edib qarışdırın.
✅ Soya sosunu və xardalı da əlavə edib qarışdırın.
✅ Son olaraq bir çimdik istiot əlavə edərək 1-2 dəqiqə qədər vam odda bişirin və ocaqdan alın (soya sosu əlavə etmək istəməyənlər onun yerinə duz əlavə edin).

Köttbullar Küftəsinin Bşrilmə Qaydası
5

✅ Hazırladığınız küftələri yağlı kağız sərilmiş soba sinisinə yığın.
✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Küftəlıri əvvəlcədən qızdırdığınız sobada ara -ara tərs düz çevirərək 16 dəqiqə bişirin.
✅ Bişirdiyiniz küftələri sobadan çıxardın.

Köttbullar Küftəsinin Servis Qaydası
6

✅ Bişən sosu istər küftələrə qarışdırın, istərsəniz də yanında qoyaraq servis edin.
✅ Küftələr soyumadan servis edin. Arzuya görə bəzəyərək servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0