Yazdırma Seçimləri:

Köz Badımcanlı Qəlyanaltı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

İlk dəfə Hindistan torpaqlarında yetişdirilən badımcan aşağı kalorili diyet listinin vazkeçilməzidir. Ölkəmizin hər bir bölgəsində yetişdirilən badımcanlar ürək sağlığını qorumasına görə birincidir. Dəmir əksikliyinə və anemiya xəstəliyinə yaxşı təsir edən bu tərəvəz eyni zamanda beyin funksiyalarının inkişafına da yardımçı olur. Lif nisbəti yüksək olduğu üçün, kilo verməyə də yardımçı olur.Sidikqovucu xüsusiyyəti vardır. Həzm sisteminin düzənli çalışmasına yardımşı olur. Faydalarını saymaqla bitməyən badımcan tərəvəz və ət yeməklərində tez-tez istifadə edilir.

Köz Badımcanlı Qəlyanaltı Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd badımcan
 1 paket labne pendiri (və ya süzmə qatıq)
 10 ədəd qoz
 3 diş sarımsaq
 4 yemək qaşığı zeytun yağı
 cəfəri
Üzəri üçün
 1 yemək qaşığı zeytun yağı
 pul bibər
Hazırlanma Qaydası
1

✅Yuyulmuş badımcanlar yağlı kağız sərilmiş soba qabına yerləşdirilir.
✅Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 20 dəqiqə közlənir.
✅Közlənmiş badımcanların qabığı soyulur və incə doğranır.
✅Qoz və cəfəri xırda doğranır.
✅Sarımsaq sürtgəcdən keçirilir.
✅Dərin bir qaba labne, doğranmış qoz, xırda doğranmış cəfəri, doğranmış badımcan, sürtgəcdən keçirilmiş sarımsaq və bir az duz əlavə edilir, yaxşıca qarışdırılır və hazırdır.
✅Üstünə zeytun yağı və bir çimdik bibər səpdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!