Yazdırma Seçimləri:

Közləmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

gözleme

Lazım olan ərzaqlar
 1 stəkan un
 1 yemək qaşığı qatıq
 1 yemək qaşığı yağ
 1 yemək qaşığı duru yağ
 1 çimdik soda
 1 çay qayığı limon suyu
 250 q pendir
 ½ dəstə cəfəri
 duz
Hazırlanma qaydası
1

Unu xəmir taxtasına ələyib, ortasını açın.
Açılan yerə qatığı, duru yağı, limon suyunu, sodanı, duzu qoyub, suyu əlavə edərək yumşaq bir xəmir yoğurun.
Özünü tutduqdan sonra xəmiri 5 yerə bölün.
Kündələri 2-3 mm. qalınlığında açıb, əritdiyiniz kərə yağ ilə yağlayın.
Üçə qatlayıb təkrar yağlayın.
Bütün kündələri eynı şəkildə hazırlayıb 20 dəqiqə gözlədin.
Pendiri rəndələyib cəfəri ilə qarışdırın.
Gözlədilən xəmirləri , dört bucaq şəklində açın.
Bir kənarına içi qoyup, o biri kənarını üstünə qatlayın.
Kənarlarını basdırıb, saçda və ya teflon tavada, altını -üstünü qızardın.
İsti-isti servis edin.

Nuş olsun!