Yazdırma Seçimləri:

Közlənmiş badımcan, pomidor, bibər sosu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olanlar
 2 kq badımcan
 1 kq qırmızı bibər
 1,50 kq pomidor
 2 ədəd orta boy soğan
 1 diş sarımsaq
  pul bibər
  duz
Sos hazırlamaq üçün
1

Badımcanı, bibəri közləməyə başlayın.
Ya sobada , ya da ocaqda közləyə bilərsiniz.
2 ədəd soğanı soyub küp-küp yeməklik doğrayıb yağda qovurun.
Sarımsaqları da soyub rəndələyin və qovrulan soğanın üzərinə əlavə edin.
Pomidorları da rəndələyib soğan sarımsağın üzərinə əlavə edin.
Pomidorlar suyunu çəkənə qədər qovurun.
Közlənmiş badımcan və bibərləri də soyub iri-iri doğrayın.
Közlənmiş ərzaqları isti halda bir torbaya qoyub gözləsəniz soymaq asan olar.
Qovurduğunuz soğan və sarımsaqların üzərinə də iri-iri doğradığımız badımcan. bibəri əlavə edib blenderdən keçirdin.
Duzunu, pul bibərini də əlavə edib 10-15 dəqiqə vam odda bişirin.
Bişirdiyiniz bu qarışımı isti halda bankalara yığıb bağlayın.
Sonra bankaları tərs çevirin.
Bu halda 1 gecə saxlayın.
Daha sonra isə günəş vurmayan bir yerdə saxlayın.
Bu sosu məzə olaraq qəhvəaltında, tək məzə olaraq , makaron sosu kimi də istifadə edə bilərsiniz.
Banka qapaqları sağlam olduğu surədə heç bir problemlə qarşılaşmazsınız və bir qış boyu istifadə edə bilərsiniz.

Nuş olsun!