Yazdırma Seçimləri:

Közlənmiş Badımcan Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Yazlıq meyvə tərəvəzləri qişda tez-tez xatırlayırsınız. Lazım olan zaman əlinizin altında bəzi konservlərin olmasını istəyirsiniz.
Hər zaman yazlıq tərəvəzlərin dadını hiss etmək üçün hazırlayırsınız bu konservləri. Həm də uzun zaman qalsın və dadlı olsun deyə düşünmüsünüz. Badımcanı buzluqda da saxlaya bilərsiniz , amma ən gözəl saxlama metodu konserv halında saxlamaqdır.Bu gün 1001dad.com saytı sizlərə Közlənmiş badımcan konservi reseptini təqdim edəcəkdir.

Közlənmiş badımcan konservi

Lazım Olan Ərzaqlar
 3 kq badımcan
 1 stəkan sirkə
 zeytun yağı
 2 ədəd sarımsaq
 duz
Közlənmiş Badımcan Konservesi Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz badımcanları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Zeytun yağını kasaya süzün.
✅Sarımsaqların qabığını soyub kasaya yığın.
✅Sirkəni bir stəkana süzün.
✅İstifadə edəcəyiniz duzu kasaya yığın.

Közlənmiş Badımcan Konservesi Üçün Ərzaqların Hazırlanması
2

✅Közləyəcəyiniz badımcanların suyunu qurutduqdan sonra bir neçə yerindən deşin.
✅Sarımsaqları iri-iri doğrayın.
✅Bankaları qaynar suda strelize edin.
✅Badımcanları közləmək üçün ocağı yandırın.

Badımcanların Közlənməsi
3

✅ Bir neçə yerindən deşdiyiniz badımcanları ocaqda , yaxud da atəş üzərində közləyin.
✅ İri olan badımcanları ikiyə bölərək iç hissələrinə zeytun yağı sürtərək kəsik hissəsini bir soba sinisinə yığın.
✅ Qabıqlı hissəsi üstə qalacaqdır.
✅ Kəsdiyiniz badımcanları bir neçə yerindən deşin və közlənməyə qoyun.
✅ Közlənən badımcanları bir torbaya yığıb ağzını qapadın.
✅ Buğlanaraq torbanı tərlədən badımcanlar bir az soyuduqdan sonra qabıqlarını soyun.
✅ Bu metod badımcanların rahat soyulmasını təmin edəcəkdir.
✅ Əgər badımcanları soyuducuda saxlamaq istərsinizsə yeməklik ayıraraq torbalara yığın və soyuducuda donmağa qoyun.
✅ Çalışın torbaya hava keçməsin.

Badımcan Konservesinin Hazırlanması
4

✅ Dərin bir qaba aldığınız badımcanlarınızın üzərinə bir stəkan zeytun yağı və arzuya görə bir stəkan sirkə əlavə edin.
✅ Arzu edənlər iki diş doğranmış sarımsaq da əlavə edə bilələr.
✅ Badımcanları çox əzmədən qarışdırın.
✅ Badımcanları bankalara yığın .
✅ Bankanın içərisində olan badımcanların arasındakı havanı yavaşcadan bir qaşıq yardımı ilə çıxardın.
✅ Bunu etməzsiniz konserviniz tez bir zamanda zay ola bilər.
✅ Bankaların boğumuna qədər doldurduğunuz badımcanların üzərini bir barmaq keçənə qədər zeytun yağı əlavə edin.
✅ Qapağını möhkəm bağlayın.

Badımcan Konservesinin Bişirilməsi
5

✅ Dərin bir qazanın içərisinə su tökün və alt hissəsinə bir bez qoyub , bankaları ora yerləşdirin.
✅ Bundan sonra bankaları qaynamağa qoyun.
✅ Qapaqların tutması üçün ən az 15-20 dəqiqə qaynar suda qaynadın.

Badımcan Konservesinin Saxlanması
6

✅ Sonra bankaları çıxardaraq ağzını bağlayaraq tərs çevirin və soyuyana qədər gözləyin.
✅ Sərin və quru bir yerdə saxlayın.

Nuş Olsun!