Yazdırma Seçimləri:

Közlənmiş Qırmızı Bibər Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Üzərinə köz dadı hopmuş bibərlər... Bəzən süfrələrinizdə məzə kimi işlətdiniz. Yeri gəldi pendirlə birləşərək gözəl bir dad yaratdı köz bibər. Salatlarda da istifadə edə biləcəyiniz bir konservdir. Qəhvəaltılarda da çox ləzzətlə yeyildi köz bibərlər.
Manqal yoxdur necə közləyəcəyinizi düşünürsünüzsə 1001dad.com saytı sizlərə çox gözəl bibər közləmə yollarını başa salacaq.

Közlənmiş Qırmızı Bibər Konservi Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd böyük qırmızı bibər
 2,50 stəkan üzüm sirkəsi
 2 stəkan sızma zeytun yağı
 qaya duzu
 0,50 stəkan şəkər tozu
 2 ədəd sarımsaq
 1 dəstə cəfəri
Közlənmiş Qırmızı Bibər Konservi Üçün Ərzaqların Yığılması Qaydası
1

fırında bibər közləmə

✅ Bibərləri yuyub suyunu alması üçün bir dəsmalın üzərinə yığın.
✅ İstifadə edəcəyiniz sarımsaqların qabığını soyub bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz cəfərini də ayırtlayıb yuyaraq suyunu verməsi üçün bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq qədər sirkəni bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz duzu və şəkər tozunu ayrı-ayrı kasaya yığın.
✅ İstifadə edəcəyiniz yağı da bir kasaya süzün.
✅ İstifadə edəcəyiniz bankaları yuyub ən azqaynar 5 dəqiqə ərzində strelizə edin.
✅ Mütləq şüşə bankadan istifadə edin.

Közlənmiş Qırmızı Bibər Konservi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

közlənmiş qırmızı bibər konservi

✅ Sobanızı izqara ayarına gətirin, yada közdən də istifadə edə bilərsiniz.
✅ Bu daha da ləzzətli olur.
✅ Bibərlərin hər iki üzünü də 20 dəqiqə közləyin.
✅ Sobadan çıxardığınız bibərləri həmən bir soyuducu torbasına qoyub ağzını bağlayın.
✅ Soyuduqdan sonra qabıqları çox rahat bir şəkildə çıxacaqdır.
✅ Qabıqlarını soyduğunuz bibərləri 2 barmaq qalınlığında dilimləyin.
✅ Sarımsaqları çox incə olmayacaq şəkildə dilimləyin.
✅ Cəfərilərin saplarını doğrayın, yapraqlarını da əlinizlə ayırın.
✅ Bir qabda sirkə, yağ, duz və şəkəri qarışdırın.

Bankalara Yığılması Qaydası
3

✅ Bankanın lap altına doğradığınız cəfərilərin saplarından bir az yığın.
✅ Onun üzərinə bibərlərdən bir az yığın.
✅ Bibərlərin üzərinə sarımsaq , cəfəri yığın.
✅ Ən üstdə cəfəri və sarımsaq olmaqla bankaları doldurun.
✅ Bütün ərzaqlar bitənə qədər bu prosesi davam etdirin.
✅ 5 kq bibərdən 3 dənə 1 litirlik , bir dənə də yarım litirlik banka çıxır.
✅ Bankaların ağzını silin və qapaqlarını bağlayın.
✅ Ağzını sıx bağladığınızdan əmin olduğunuz bankaları böyük bir qazanın içərisində qapaqları altda qalacaq şəkildə düzün.
✅ Qazanın içərisinə bankaların yarısını keçəcək qədər su əlavə edib qaynadın.
✅ Su qaynamağa başladıqdan sonra 20 dəqiqəyə yaxın daha qaynadaraq altını qapadın.
✅ Qaynadıb soyumasını gözlədiyiniz bibər konservlərinizi sərin və günəş ışığı almayan yerlərdə muhafizə edin.

Servis Edilmə Qaydası
4

✅10-15 gün sonra yeyə biləcək halda olur.
✅ İstənilən yeməyin yanında servis edə bilərsiniz.