Yazdırma Seçimləri:

Kral beze tortu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 30 dəq

Xəmir üçün lazım olan ərzaqlar
 350 q marqarin
 7 ədəd yumurtanın sarısı
 3 yemək qaşığı xama
 1 çay qayığı sirkə
 750 q un
1-ci krem üçün
 250 q qatıaşdırımış süd
 450 q kərə yağı
 2 yemək qaşığı kakao tozu
 2 yemək qaşığı qəhvə tozu (2 yemək qaşığı su ilə açılmış)
2-ci krem üçün
 4 ədəd yumurta ağı
 200 q şəkər tozu
 1 çimdik limon duzu
 1 paket vanilin
Beze üçün lazım olan ərzaqlar
 7 ədəd yumurtanın ağı
 2 stəkan şəkər tozu
 150 q qovrulmuş qoz
Hazırlanma qaydası
1

Yumurtanın sarılarını ağlarından ayırın.
Yumurta ağlarını möhkəm soyudun, sonra 1 çimdik duzla çalın, şəkər tozu əlavə edərək çalın.
Yumurta sarılarını mikserlə çalın, xama, soda əlavə edin, eynicinsli kütlə alınanda yumşaldılmış marqarin əlavə edib yenə çalın, tədricən un əlavə edib yoğurun.
Elastik xəmir alınmalıdır.
Xəmiri 10 yerə bölün.
Kündələyin.
Hər birini perqamentin arasında 1 mm qalınlıqda yayın.
(Yaxşı olar ki, yaydığınız xəmirin hamısını eyni ölçüdə kəsəsiniz.).
Üzərinə beze çəkin (təxminən 2 dolu xörək qaşığı), xırdalanmış qoz səpin (1 ç.q.).
Bu qayda ilə hazırladığınız xəmiri 180 dərəcə qızdırılmış sobaya qoyub 6 dəqiqə bişirin, sonra 120 dərəcəyədək azaldaraq 15-16 dəqiqə bişirin. korjların hamısını eyni qaydada bişirin (sobanın temperaturunu hər dəfə artırıb-azaltmağı unutmayın).
Birinci krem: otaq temperaturunda olan kərə yağını həcmi çoxalanadək çalın, qatılaşdırılmış süd, kakao, qəhvə əlavə edib bir daha möhkəm çalın.
Soyuducuya qoyun.
Bişmiş bezeləri soyudun.
Aralarına krem çəkib üst-üstə qoyun, soyuducuda 2 saat saxlayın.
Bezeləri əzməyin, qıraqlarını kəsib hamarlamayın.
Soyuducudan çıxarandan sonra kremlə nahamarlıqlarını düzəldin.
2-ci krem:
Bir tavaya sü töküb vam odun üzərinə qoyun.
Kremi çalacağınız qab bu tavanın içinə rahat yerləşməlidir.
Amma tavadakı su kremi çalacağınız qabin içinə qətiyyən düşməməlidir.
Həmçinin krem qabı tavadakı suya toxunmalıdır ancaq dibinə toxunmamaq şərti ilə.
Kremi çalacağınız qab təmiz və qupquru olmalıdır.
Yumurta ağlarını qaba tökün (bunun içinə yumurta sarısından bir damcı da düşməməlidir).
Şəkər tozunu, limon duzunu və vanili də əlavə edin.
Mikserlə 1 dəqiqə çalın.
Sonra krem qabını isti suya qoyun.
Mikserin yüksək sürətində krem qatılaşanadək - 10-12 dəqiqə çalın.
İsti suyun üzərindən kremi götürəndən sonra daha 1 dəqiqə çalın.
Tortun üzərini 2-ci kremlə və giləmeyvə ilə bəzəyin.

Nuş olsun!