Yazdırma Seçimləri:

Krem Şantili Cupcake

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Rəngbərəng hazırlanan tort növlərindən biri olan cupcake reseptini istədiyiniz tort bəzəkləri və konfetlərlə bəzəyib qonaqlarınıza təqdim edə bilərsiniz.
Bu keksi görən bir daha yemək istəyəcək , çünki keksin dadından doyum olmur. Bu gün sizlər üçün kakaolu keks hazırlayacağıq.

Krem Şantili Cupcake

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan süd
 2 yemək qaşığı qatıq
 1 stəkan duru yağ
 2 yemək qaşığı Kenton kakao
 un
 2,50 stəkan su
 1 paket Kenton vanil
 1 paket Kenton qabartma tozu
Krem Şanti Üçün
 1 stəkan süd
 1 stəkan krem şanti
 damla şokalad
 rəngli dekorlar
Kakaolu Cupcake Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz kakaonu bir kasaya yığın.
✅Lazım olacaq şəkər tozunu kasaya yığın.
✅Lazım olacaq südü və suyu ayrıca stəkanlara süzün.
✅ İstifadə edəcəyiniz qabartma tozunu, vanilini ayrı-ayrı kasalara yığın.
✅İstifadə edəcəyiniz duru yağı kiçik bir kasaya süzün.
✅Lazım olacaq qədər unu kasaya yığın.
✅İstifadə edəcəyiniz qatığı kasaya yığın.
✅Kremşantini bir kasaya alın.
✅İstifadə edəcəyiniz damla şokoladı bir kasaya yığın.
✅Bəzəmək üçün istifadə edəcəyiniz dekorları bir kasaya yığın.

DİQQƏT
2

✅Cupcakes sobadan çıxdıqdan sonra otaq temperaturunda soyudun.
✅Kremi soyuducuda bir müddət saxladıqdan sonra üzərinə sıxın.
✅ Əgər tortlarınızın üzəri şişirsə, üstünü bıçaqla kəsməyə diqqət edin.

Keksin Xəmirinin Hazırlanma Qaydası
3

✅ Keks üçün şəkər və yumurtaları dərin bir qabda mikserdə çırpın.
✅ Şəkər tamamiylə əriməlidir.
✅ Bunun üçün çəngəl və ya qaşıqla qarışdırmayın.
✅ Şəkər tozu yumurtanın içərisində əridikdən sonra içərisinə qatıq, yağ və süd əlavə edin və mikserlə qarışdırmağa davam edin.
✅ Daha sonra bunlara un, kakao, qabartma tozu və vanil əlavə edin və qarışdırmağa davam edin.
✅ Kağız cupcakelərin yarısına kimi keks xəmiri ilə doldurun.

Kakaolu Cupcakenin Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅ Bundan sonra cupcakeləri 180 dərəcə isidlmiş sobada 20 dəqiqə bişirin.
✅ Kekslər bişdikdən sonra sobadan çıxardın və soyumasını gözləyin.

Krem Şantinin Hazırlanma Qaydası
5

✅ Kekslən bişdiyi müddətdə krem şantini hazırlayın.
✅ Bunun üçün bir paket krem şantinin içərisinə bir stəkan süd əlavə edin və mikserle qarışdırın.
✅ Tamamən qarışdıqdan sonra bir kənara alın.

Kakaolu Cupcakenin Servis Edilməsi
6

✅Soyumuş cupcakelərin üzərini krem şanti, şokalad damlaları və rəngli dekorlarla bəzəyin.
✅İstədiyiniz giləmeyvələrlə də bəzəyə bilərsiniz.

Nuş Olsun!