Yazdırma Seçimləri:

Krem Şantili Poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Sabah naharında çox ləzzətlə yeyilən bir poğoça reseptimiz var. Poğoçanı həm sabah naharında, həm də ara öyünlərinizdə istifadə edə bilərsiniz. İçi yumşaq üzəri qızaran poğoçaları çayın yanında servis edə bilərsiniz. Çox dadlı bir poğaça reseptini sizlərlə paylaşırıq.

Krem şantili poğoça

👉Kram Şantili Poğaça Üçün Lazım Olan Ərzaqlar
 1 paket quru maya
 125 q kərə yağı
 1 stəkan ilıq süd
 1 çay qayığı şəkər tozu
 1 çimdik duz
 1 paket Kenton qabartma tozu
 1 paket Kenton krem şanti
 4 stəkan un
 2 ədəd yumurta(1- nin sarısını üzərinə vurmaq üçün)
👉Krem Şantili Poğaça Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅ Poğaça üçün istifadə edəcəyiniz yumurtaları yuyub silərək bir qaba qoyun.
✅ İstifadə olunacaq südü bir stəkana süzün.
✅ Quru mayanı bir kiçik kasaya qoyun.
✅ İstifadə ediləcək şəkər tozunu da bir kasaya yığın.
✅ Krem şantini öz qabında qoyun.
✅ Unu qarışdırma qabına ələyin.
✅ Kərə ağını bir kasaya qoyun.
✅ Kenton qabartma tozunu, duzu da ayrı-ayrı olmaqla kiçik kasalara yığın.

👉Krem Şantili Poğaçanın Ərzaqlarının Hazırlanması
2

Krem şantili poğoça

✅ Yoğurma qabına quru maya, şəkər tozu, duz və südü əlavə edərək qarışdırın
✅ Mayanın acıması üçün 5-10 dəqiqəyə yaxın gözlədin.
✅ Sonra otaq temperaturunda olan kərə yağını, 1 ədəd yumurta və 1 ədəd yumurtanın ağını , 1 paket Kenton krem şantini də əlavə edərək çırpma teli yardımıyla qarışdırın.
✅ Bir yumurtanın sarısını üzərinə vurmaq üçün ayırın.
✅ Qarışıma 1 paket Kenton qabartma tozunu və unu əlavə edərək əllə xəmir yoğurun.
✅ Yumşaq bir xəmir əldə etmiş olacaqsınız.
✅ Xəmir hazır olduqdan sonra 30 dəqiqə gözlədin.
✅ Sonra xəmiri dəzgahın üzərinə əlb kiçik kündələrə ayırın.

👉Bişirmə Qaydası
3

✅ Holland pendirini rəndələyin.
✅ Kündələdiyiniz xəmiri bir-bir əlinizlə çox da nazik olmayacaq şəkildə açın.
✅ Açdığınız xəmirin içərisinə rəndələdiyiniz holland pendirindən qoyub qapadın.
✅ Bu işləmi bütün kündələr qurtarana qədər davam etdirin.
✅ Kündələr bitdikdə 30 dəqiqə dincə qoyun.
✅ Sonra hazırlamış olduğunuz poğaçaları bişirmə kağızı sərdiyiniz soba sinisinə düzüb üzərini yumurta sarısı ilə yağlayın.
✅ Çəngəlin ucu ilə üzərini naxışlayın.
✅ Əvvəlcədən sobanı 200 dərəcəyə yaxın qızdırın.
✅ 200 dərəcə temperaturda poğoçalarınızı üzəri qızarana qədər bişirin.

👉Krem Şantili Poğaçanın Servis Edilməsi
4

✅ Hazır olan poğoçaları çayla birlikdə servis edə bilərsiniz.
✅ İstər sabah naharında ,istərsəniz də ara öyün zamanı istifadə edə bilərsiniz.

Nuş Olsun!