Yazdırma Seçimləri:

Kremli Kakaolu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 5 dəq

Kremli kakaolu keks çox sadə və asand hazırlanan bir keksdir. Çox yumşaq və ətirli bir keks. Dadından doyulmayacaq bir keks. Bol kakaolu, ləzzətli keks .İlk dəfə keks bişirmək istəyənlərin asanlıqla bişirəcəyi bir keksdir. Çay və qəhvəni bu keks olmadan düşünmək çox mənasız olar.Krem şanti və moruq birlikdə bu gözəlliyi daha da artırır.

kremli kakaolu keks

Xəmir Üçün Lazım Olan Ərzaqlar
 0,50 paket Kenton krem şanti
 3 ədəd yumurta
 1,50 stəkan şəkər tozu
 1 stəkan süd
 0,50 stəkan duru yağ
 2,50 stəkan un
 1 paket Kenton vanilin
 1 paket Kenton qabartma tozu
 0,50 stəkan Kenton kakao
Üzəri Üçün
 Kenton pudra şəkəri
 giləmeyvə
Kremli Kakaolu Keksin Xəmirinin Hazırlanması
1

✅ Mikserdə yumurta və şəkər tozunu birlikdə çırpın.
✅ Qarışımın rəngi ağardıqdan sonra südü əlavə edib qarışdırın.
✅ Bundan sonra duru yağı, Kenton şəkərli vanilini, Kenton kakaonu əlavə edib qarışdırın.
✅ Sonra isə unun yarısını əlavə edib qarışdırın.
✅ Unun qalan hissəsini və Kenton qabartma tozunu da əlavə edib qarışdırın.
✅ Tamamən qarışdıqdan sonra bişirmə qabına tökün.

Kremli Kakaolu Keksin Bişirmə Qaydası
2

✅ Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
✅ Bişirmə qabının içərisinə yağlı kağız sərin.
✅ Hazırladığınız keks xəmirini qəlibə tökün.
✅ Əvvəlcədən qızdırdığınız sobada 30 dəqiqə müddətində bişirin.
✅ Bişirdiyiniz keksi sobadan çıxarıb soyumağa qoyun.
✅ Bu arada isə üzərinə vurmaq üçün krem şantini hazırlayın.

Kremli Kakaolu Keks Üçün Kenton Krem Şantinin Hazırlanması
3

✅ Bir paket krem şantini mikserə tökün.
✅ Üzərinə südü əlavə edib qarışdırın.

Kremli Kakaolu Keksin Bəzədilməsi
4

✅ Hazır olan krem şantini soyuyan keksin üzərinə çəkin.
✅ Hər tərəfinə bərabər yaydıqdan sonra üzərini moruq ilə bəzəyin.
✅ Lap sonunda isə keksin üzərinə şəkər pudrası səpin.

Kremli Kakaolu Keksin Servis Edilməsi
5

✅ Kakaolu kremli keks hazır olduqdan sonra dilimləyərək çay və qəhvənin yanında servis edə bilərsiniz.

Nuş Olsun!