Kremli kakaolu keks çox sadə və asand hazırlanan bir keksdir. Çox yumşaq və ətirli bir keks. Dadından doyulmayacaq bir keks. Bol kakaolu, ləzzətli keks .İlk dəfə keks bişirmək istəyənlərin asanlıqla bişirəcəyi bir keksdir. Çay və qəhvəni bu keks olmadan düşünmək çox mənasız olar.Krem şanti və moruq birlikdə bu gözəlliyi daha da artırır.
✅ Mikserdə yumurta və şəkər tozunu birlikdə çırpın.
✅ Qarışımın rəngi ağardıqdan sonra südü əlavə edib qarışdırın.
✅ Bundan sonra duru yağı, Kenton şəkərli vanilini, Kenton kakaonu əlavə edib qarışdırın.
✅ Sonra isə unun yarısını əlavə edib qarışdırın.
✅ Unun qalan hissəsini və Kenton qabartma tozunu da əlavə edib qarışdırın.
✅ Tamamən qarışdıqdan sonra bişirmə qabına tökün.
✅ Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
✅ Bişirmə qabının içərisinə yağlı kağız sərin.
✅ Hazırladığınız keks xəmirini qəlibə tökün.
✅ Əvvəlcədən qızdırdığınız sobada 30 dəqiqə müddətində bişirin.
✅ Bişirdiyiniz keksi sobadan çıxarıb soyumağa qoyun.
✅ Bu arada isə üzərinə vurmaq üçün krem şantini hazırlayın.
✅ Bir paket krem şantini mikserə tökün.
✅ Üzərinə südü əlavə edib qarışdırın.
✅ Hazır olan krem şantini soyuyan keksin üzərinə çəkin.
✅ Hər tərəfinə bərabər yaydıqdan sonra üzərini moruq ilə bəzəyin.
✅ Lap sonunda isə keksin üzərinə şəkər pudrası səpin.
✅ Kakaolu kremli keks hazır olduqdan sonra dilimləyərək çay və qəhvənin yanında servis edə bilərsiniz.