Yazdırma Seçimləri:

Kremli, Vişnəli, Südlü Sıyıq

Verimlilik8 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt45 dəq

Kremalı, vişnəli süd aşı (ramazan süfrəsi üçün)

Lazım Olan Ərzaqlar
 1 l süd
 1 stəkan qaymaq (krema)
 1 stəkan şəkər tozu
 3 yemək qaşığı düyü
 2 yemək qaşığı qarğıdalı nişastası
 300 q vişnə
 1 ədəd yumurtanın sarısı
Sıyığın Hazırlanma Qaydası
1

✅ Sıyıq bişirmək üçün əvvəlcə vişnələrin çəyirdəyini çıxardın.
✅ Bundan sonra bu vişnələri südlü sıyıq hazırlanacaq olan qabların dibinə səliqə ilə düzün.
✅ Sonra bu qabları dərin bir soba sinisinə düzün.
✅ Düyüləri suda bişirin.
✅ Yaxşıca bişdikdən sonra suyunu süzün.
✅ Qazana südü qoyun.
✅ Bişmiş düyüləri də əlavə edin.
✅ Toz şəkəri və kremanı da əlavə edin.
✅ Yumurtanın sarısını da qazana qoyun.
✅ Çırpma teli vasitəsi ilə qarışdıraraq bişirin.
✅ Qarğıdalı nişastasının üzərinə 1 kiçik stəkan soyuq su qoyun və qaşıq vasitəsi ilə qarışdıraraq nişastanı suda əridin.
✅ Süd aşı qaynamağa başladıqdan sonra bu qarışdırdığınız nişastanı yavaş - yavaş südə əlavə edin.
✅ Arada qatılığını kontrol edin.

Servis Qaydası
2

✅ Qaynamaqda olan axıcı südlü sıyığı çömçə vasitəsi ilə dibinə vişnə qoyduğumuz qablara qoyun.
✅ Soba sinisinin yarısına qədər soyuq su qoyun.
✅ Sobanı 200 dərəcəyədək isidin.
✅ Bundan sonra sinini sobaya verin.
✅ Südlü sıyiğı üzəri qızaranda sobadan çıxardın.
✅ Soyuq halda servis edilir.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0